Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakıda ağacların kəsilmə təhlükəsi olan ərazi nəzarətə götürülüb

Bakıda ağacların kəsilmə təhlükəsi olan ərazi nəzarətə götürülüb

Bakıda ağacların kəsilmə təhlükəsi olan ərazi nəzarətə götürülüb.
Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakı şəhəri Binəqədi rayon sakini İsmayıl Əliyev Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3a və 3b saylı yaşayış binalarının ətrafında tikinti işləri ilə əlaqədar ağacların kəsilmə təhlükəsinin olması barədə Birinci Vitse-Prezidentinin Katibliyinə şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırma aparılıb.
Əraziyə keçirilən baxış zamanı sözügedən ünvandakı yaşıllıq sahəsində 6-60 sm diametrliyində yaşköküstə müxtəlif cinsli (çinar, tut, palıd, sərv, armud, heyva, gilas, alça) 23 ədəd ağacın və 70 ədəd müxtəlif cinsli kol bitkisinin olduğu müəyyən edilib. Yaşıllıq sahəsində qanunsuz ağac kəsilməsi və zədələnməsi, həmçinin tikinti işlərinin aparılması halları aşkar edilməyib.
Ağac və kol bitkiləri qeydiyyata alınaraq yaşıllıqların mühafizə olunması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb. Ərazi nəzarətə götürülüb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın