Ana səhifə / Media / Bakıda 5 ildə 350 yeni bina tikiləcək

Bakıda 5 ildə 350 yeni bina tikiləcək

Bakı şəhərində razılaşdırılmış 45 ərazi planlaşdırma layihələrinin sahəsi ümumilikdə 175 hektardan çoxdur. Pilot layihə çərçivəsində paytaxtda 5 il ərzində həyata keçiriləcək yenidənqurma işləri zamanı 324 min kvadratmetr yaşayış sahəsinin söküləcəyi nəzərdə tutulub.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Həmin ərazilərin əvəzinə bütün müasir tələblərə cavab verən 1,8 milyon kvadratmetr yaşayış sahəsinin tikilməsi planlaşdırılıb. Sənədlərdə layihələndirilən binaların sayı 350-dir. Söküləcək mənzillərin yerinə isə 18 min yeni mənzilin inşası nəzərdə tutulub.

Qeyd olunub ki, ərazi planlaşdırma sənədlərinin 5 hektaradək ərazilər üçün (1 hektardan az olmayaraq) hazırlanması təcrübəsi dünya şəhərsalma praktikasında sınaqdan çıxmış ən mütərəqqi yanaşma sayılır.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın