Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Bakıda 3 yaşayış məntəqəsini birləşdirən yol təmir olunur

Bakıda 3 yaşayış məntəqəsini birləşdirən yol təmir olunur

Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolu təmirə bağlanıb. İlkin mərhələdə sözügedən avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi aparılır. Burda yolun hərəkət hissəsinin eni 9-10 metr arası dəyişir.

Bu barədə virtualaz.org-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Yol boyu köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hal-hazırda yola yeni asfalt-beton örtüyününü döşənməsi işləri aparılır. Ümumilikdə, 73 min m2 sahənin asfaltlanması nəzərdə tutulub.

Bundan başqa vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılır. Səkilərin kənarına yeni səki daşları düzülür. Ümumilikdə, yol boyu 6 min p/m yeni səki daşı düzüləcək.

Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsindən səth sularının ötürülməsi üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, qrunt sularının ötürülməsi üçün isə drenaj borular qoyulub.

Qeyd edək ki, Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın