Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Bakıda 160 ev təhlükədə – VİDEO

Bakıda 160 ev təhlükədə – VİDEO

Yağışlı hava sürüşmə zonasında aktivliyi artırıb.

Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov nisbi aktivliyin ən çox Zığ sürüşmə sahəsində müşahidə olunduğunu deyib.

Qəsəbədə torpaq qatında və evlərin divarındakı çatlarda bir qədər də olsun böyümə müşahidə edilir. Sürüşmənin nisbətən aktivləşməsinə səbəb payız-qış aylarında yağıntının çox olması göstərilir.

Qəsəbə sakinləri isə xəzər xəbər-ə məlumat verərək 150-160 evin hazırda sürüşmə təhlükəsi ilə üzləşdiyini bildiriblər. Bəzi evlərin divarı, bir çoxunun isə hasarı uçub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın