Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bakıda əhalini təşvişə salan tikinti: göydən şifer parçaları tökülür

Bakıda əhalini təşvişə salan tikinti: göydən şifer parçaları tökülür

Yasamal rayonu, Şərifzadə küçəsi 196 ünvanında heç bir təhlükəsizlik normaları gözlənilmədən iş aparılır.

Baku.ws-in təqdim etdiyi videoda görünür ki, çoxmərtəbəli binada mansard tikilir.

Tikinti işləri təhlükəsizlik qaydalarına riayət edilmədən aparıldığı üçün ətrafda olan insanların həyatı üçün böyük təhlükə yaranır. “Şazi MMC” tərəfindən aparılan tikinti işləri zamanı şifer parçaları binanın damından aşağı tökülür.

Sakinlərin verdiyi məlumata görə, onlar tikinti işlərinin aparılmasından narazıdırlar. Hətta sakinlərdən biri 3 ay bundan əvvəl də həmin ərazidə aparılan tikinti işləri zamanı avtomobilinə ziyan dəydiyini, ancaq buna görə ona təzminat ödənilmədiyini bildirib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın