Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Media / “Bakı-Xəbər”in baş redaktor müavininin evindəki oğurluğun araşdırılması Baş prokurorun şəxsi nəzarətinə götürüldü…

“Bakı-Xəbər”in baş redaktor müavininin evindəki oğurluğun araşdırılması Baş prokurorun şəxsi nəzarətinə götürüldü…

“Bakı-Xəbər” qəzetinin baş redaktor müavini Tahir Tağıyevin valideynlərinin Yeni Ramana qəsəbəsindəki evində törədilmiş oğurluq işinin Binəqədi Rayon Polis İdarəsində aparılan istintaqına rayon prokurorluğundan müəyyən qanunsuz müdaxilələr edilməsi ilə bağlı Baş prokuror cənab Zakir Qaralova müraciətinə çox operativ cavab verilib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovdan aldığımız məlumata görə, iş Baş prokurorun şəxsi nəzarətinə götürülərək artıq Bakı Şəhər Prokurorluğuna tapşırılıb.

T.Tağıyev isə işin obyektiv aparılması üçün gərəkli göstərişləri verdiyi üçün Baş Prokuror Zakir Qaralova minnətdarlığını bildirib: “İstintaqın başlanğıcından Bakı şəhər Prokurorluğunun bu işə həssas yanaşdığının şahidi olmuşduq. Belə ki, Binəqədi Rayon Prokurorluğunun Binəqədi Rayon Polis İdarəsində aparılan istintaqın obyektiv gedişinə maneələr törətməsi ilə bağlı şifahi müraciətimizə Bakı Şəhər Prokurorluğunda çox həssas yanaşıldığı və araşdırma aparıldığını bilirdik.

Müraciətimizə dərhal reaksiya verdiyi və oğurluq faktı üzrə araşdırmanın obyektiv aparılması üçün gərəkli göstərişləri verdiyi üçün Baş prokuror Zakir Qaralova minnətdarlıq edirik.

Eyni zamanda, ümid edirik ki, Bakı Şəhər Prokurorluğu Binəqədi Rayon Polis İdarəsində aparılan istintaqın gedişinə rayon prokurorluğu tərəfindən qanunsuz müdaxilə cəhdlərinə imkan verməyəcək və oğruların himayə edilməsinin qarşısını alacaq”.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …