Ana səhifə / Media / Bakı və Aktau limanlarında çox sayda yük maşınları yığılıb

Bakı və Aktau limanlarında çox sayda yük maşınları yığılıb

Türkiyədən Qazaxıstana və Qırğızıstana mal daşıyan yük avtomaşınları Aktau dəniz limanında toplaşıb qalıb. 80 iritonnajlı yük avtomobili Azərbaycan tərəfinə keçmək üçün limanda bərəyə növbə gözləyir. “Report”un Qazaxıstan mediasına istinadən verdiyi xəbərə görə, türkiyəli sürücülər gömrükçülərin ləng işləməsindən gileylənirlər.

Aktau dəniz limanının kapitanı Sergey Klinovskinin sözlərinə görə, növbənin yaranmasında səbəbkar gömrükçülər deyil: “Yük maşınlarının fasiləsiz daşınması üçün Azərbaycan tərəfinin kifayət qədər bərəsi yoxdur. Buna baxmayaraq, yüklər problemsiz keçir. Əvvəllər bərələr müntəzəm keçirdilər, amma sonradan Rusiya türk yük maşınları üçün yolu bağlayıb. Bununla da Azərbaycan bərələr üçün yeni ciddi iş qrafiki hazırlayıb. Hazırda limanda bir Azərbaycan bərəsi yüklənir, digər biri növbəsini gözləyir, daha ikisi isə limana yaxınlaşır”.

S.Klinovski deyib ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin pisləşməsi hər iki ölkə üçün xoş olmasa da, Aktau limanından keçən yüklərin artması Qazaxıstan üçün əlavə qazancdır.
Qeyd edək ki, Aktau limanında hazırda 80 yük maşını, Xəzərin Azərbaycan tərəfindəki limanda isə 400 yük maşını yüklənmək üçün növbə gözləyir.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın