Bazar , Fevral 28 2021
Ana səhifə / Media / Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı 52 faizi keçib – Nazirlik

Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı 52 faizi keçib – Nazirlik

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə avqustun 23-də Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 52 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, atmosfer havasında tozun miqdarı saat 09:00-da 20 faiz, saat 12:00-da 32 faiz, saat 15:00-da isə 40 faiz sanitar normadan yuxarı olub. 

Həmçinin oxuyun

Azərbaycanda əsas din İslam olduğu halda, Yəhudilik və digər inanclara da insanlar etiqad edir – “Euronews”

“Euronews” telekanalı Azərbaycanda yaşayan Dağ Yəhudiləri haqqında reportaj hazırlayıb. Reportajı təqdim edirik. “Azərbaycan çox sayda …

Bir cavab yazın