Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakı-Sumqayıt şosesində 1 km yolun təmiri 4 aydır bitmir –FOTOLAR

Bakı-Sumqayıt şosesində 1 km yolun təmiri 4 aydır bitmir –FOTOLAR

May ayının sonlarından Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsi təmirə bağlanıb. Təxminın 1 km məsafədə aparılan təmir-bərpa işləri isə düz 4 aydır ki, bitmək bilmir.

Məsələ ondadır ki, öncədən ləng gedən inşa işləri faktiki olaraq 1 aya yaxındır ki, dondurulub. Ərazidə günlərdir müşahidə aparan əməkdaşımız qazılıb-dağıdılmış ərazidə heç bir texnikanın işləmədiyinin şahidi olub.

Yalnız bir neçə fəhlə gözə dəyir ki, onlar da texnikaya nəzarət edirlər. Yolu qazıb, bir az çınqıl töküb dayanıblar.

Məsələnin narahatedici tərəfi odur ki, təmirə bağlanan yolda – Ceyranbatan qəsəbəsi ərazisində avtomobillərin hərəkəti aylardır iflic olub. Yol Ceyranbatanın əsas giriş-çıxışının qarşısından birtərəfli qaydada bağlanıb. Nəticədə Bakı-Sumqayıt yolu ilə intensiv hərəkət edən maşınlar burada tıxac yaradır, qəsəbəyə dönən maşınlar da bir yandan yolu bağladığı üçün hərəkət iflic olur. Burada hər gün pik saatlarda yol keçilməz olur, Ceyranbatana dönüşdə mütəmadi şəkildə qəzalar baş verir. Təmir bərpa işlərini həyata keçirənlər qəsəbənin digər (köməkçi) giriş-çıxış yolunu, həmçinin əsas girişə dönüş yerini də bağladıqları üçün burada xaotik bir vəziyyət yaranıb. Adətən, yolları təmir edəndə əsas yolda hərəkət çətinləşərkən köməkçi giriş-çıxışları açıq saxlayıb, hərəkətin intensivliyini bərpa edirlər. Ceyranbatanda isə bunun əksinədir, qəsəbəyə daxil olmaq üçün dönüş yerini belə lüzum olmadan qapadıblar.

Nəzərə çatdıraq ki, bu ərazidə yol hələ bir neçə il öncədən dağılmağa başlamışdı. Bu ilin əvvəllərindən isə həmin ərazidə yol tamamilə sıradan çıxdı və təmirə dayandırıldı.
Nəzərə çatdıraq ki, Bakı-Sumqayıt yolunu 2006-2009-cu illər ərzində “Akkord” şirkəti inşa edib. O zaman şirkət bu yolun 30 il müddətində dağılmayacağını, bu müddət ərzində fasiləsisiz istismar ediləcəyini bildirmişdi. Ancaq nəinki 30 il, təxminən 3 il sonra – 2012-ci ildən Bakı-Sumqayıt yolunda müxtəlif yerlərdə çökmə, qabarma və dağılmalar başladı. Hazırda yolun xeyli hissəsinin təmirə ehtiyacı var.

Qeyd edək ki, Bakı-Sumqayıt-Quba yolunun inşasına 600 milyon manata yaxın vəsait xərclənmişdi.

Musavat.com
 
 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın