Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Media / Bakı sirkinə gələnlər niyə paltarlarını qarderoba vermirlər?

Bakı sirkinə gələnlər niyə paltarlarını qarderoba vermirlər?

Tanış mənzərədir: köhnə oturacaqlar, kimlərinsə adları oyulmuş divarlar, havalandırmanın, isitmə sisteminin olmamaması üzündən paltosunu çıxarmayan tamaşaçılar…

“Səhnəyə gözəllər gözəli Liliyanı dəvət edirik, alqışlar Liliyaya”…

Bakı Dövlət Sirkinin tapdanmaqdan rəngi solmuş nimdaş xalçasına çıxan fili tamaşaçılar alqışlarla qarşılayır. 4 tonluq fil ağır-ağır addımladıqca sirkin soyuq və üfunətli zalı qızışır. Bunadək “nə soyuqdur”, “nə pis iy gəlir” deyən tamaşaçıların narazılığı qonaq sirk atristləri, klounlar səhnəni ard-arda paylaşdıqca yoxa çıxır. Fasiləyəcən belə davam edir. Elə ki fasilə başlanır, tamaşaçılar tualetin yolunu tutur, narazılıqlar yenidən baş qaldırır:

“Soyuq, qoxu adamı narahat edir. Yəqin ki, heyvanların altı təmizlənmir. Ayaqyolu bərbad gündədir, deyiləsi deyil. Yol təmirinə, binaların üzlənməsinə nə qədər pul ayırırlar, bura da ayırsınlar də”.

Bakı sirkinə yayılan pis qoxunun mənbəyi, 2 yanvar 2017

Bakı sirkinə yayılan pis qoxunun mənbəyi, 2 yanvar 2017

 

Gülər Məmmədli deyir ki, hər dəfə sirkə gələndə, bu köhnə binada yeniliklər görəcəyinə, branın təmir olunacağına ümid edir. Ancaq hər dəfə eyni durumla qarşılaşır.

Soyuq qarderobu unutdurub

Tanış mənzərədir: köhnə oturacaqlar, kimlərinsə adları oyulmuş divarlar, havalandırmanın, isitmə sistemininolmamaması üzündən paltosunu çıxarmayan tamaşaçılar… Sirkə gələnlər tamaşadan narazı qalmasalar da, şəraitin 10-15 manatlıq biletə dəymədiyini deyirlər:

-Tamaşa yaxşı idi. Ancaq burdan həmişə pis qoxu gəlir…

-Soyuqdur, bir də hər şey çox köhnədir…

-Nə olar, buralara da əl gəzdirsinlər də…

-Bina yaxşı deyil, təmizlənsə, yaxşı olar. Adamlar da paltoda otururlar.

Soyuq olduğundan heç kim burda qarderobun olub-olmamasını bilmir.

Bakı sirkinin kənardan görünüşü, 2 yanvar 2017

Bakı sirkinin kənardan görünüşü, 2 yanvar 2017

İstifadəyə verildiyi 1967-ci ildən bəri Bakı Sirkinin binası əsaslı təmir üzü görməyib. Bu illər boyunca paytaxtın əksər mədəniyyət ocaqları, hətta ziyarətgahlar bir neçə dəfə təmirdən çıxıb, bölgələrdə saysız-hesabsız və təəssüf ki, sanki adam üzü görməyən tikililər ucaldılıb.Di gəl,tamaşaçısı heç vaxt azalmayan sirkin binası yada düşməyib.

“Arada kosmetik təmirlər olur”

Kultroloq, “İctimai Nəzarət Koalisiyası” adlı qeyri-hökumət təşkilatının rəhbəri Aydınxan Əbilov deyir ki, Azərbaycanda hər ölkədə olmayan sirk binasının təmirin unudulması anlaşılan deyil:

“Bakının misilsiz binalarından biridir, amma nədənsə bəzi məmurlar bu binanın təmiri məsələsini unudur. Güman ki, bu, binanın məhz sirk tamaşaları və kompozisiyaların göstərilməsi üçün nəzərdə tutulmasıyla bağlıdır. Arada kosmetik təmirlər olunur, ancaq əsaslı təmir edilmir. Bir ara binanın söküləcəyiylə bağlı söhbətlər də gəzirdi… Binanın sökülmək qorxusu var. Ancaq binanı genişləndirmək, inkişaf etdirmək lazımdır”.

“Ya yenidən qurulacaq, ya da əsaslı təmir olunacaq”

Mahir Hümbətov, 23 dekabr 2010

Bakı Dövlət Sirki mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov AzadlıqRadiosuna deyir ki, sirkin binasının ya yenidən qurulması, ya da əsaslı təmiri məsələsi gündəmdədir. Buna görə artıq layihə hazırlanıb, mütəxəssislər dəvət olunub:

“Sirk unudulmayıb. Bu məsələ dövlətin diqqətindədir, yaxın zamanda yeniliklər gözlənilir. Sadəcə, teatrlardan fərqli olaraq Bakı Dövlət Sirkinin özünəməxsusluğu var. Çox böyük stasionar binadır. Heyvanların saxlanılması üçün xüsusi yerlər, məşq maneji var. Bu binanın təmiri başqa yerlər kimiasan deyil. Prosesin xeyli hissəsi gedib, yaxınlıqda yeniliklər olacaq. Havalandırma, istimə sistemi 1967-ci ilə aiddir, sonradan işləməyib. Həmin avadanlıqların bərpa olunması heç mümkün deyil. Məsələn, 1967-ci ildə istehsal olunmuş qazanxanaya necə detal tapasan? Zalda da isitmə, havalandırma sistemi yoxdur. İndi üzərində iş gedən, hazırlanan yeni layihələrdə bütün bunların ən müasir standartlara cavab verən səviyyədə olması nəzərdə tutulur”.

Bakı sirkinin yaxınlığında küçədə bilet satışı, 2 yanvar 2017

Bakı sirkinin yaxınlığında küçədə bilet satışı, 2 yanvar 2017

Sirkdə kassa olsa da, həmişə binanın ətrafında kimlərsə tamaşaya bilet satır. Təbii ki, olduğundan baha qiymətə. Mətbuat xidmətinin rəhbəri deyir ki, kassalarda biletlər olur, ancaq küçədə kiminsə bilet satmasını əngəlləyə bilməzlər:

“Bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır”.

Bir az aralıda polis olsa da, sirkin afişasının yanında bilet alveri davam edir… (azadliq.org)

Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …

Bir cavab yazın