Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bakı-Şamaxı yolunda DƏHŞƏT: 500 maşın yolda qaldı, “06”-nı sel apardı – VİDEO

Bakı-Şamaxı yolunda DƏHŞƏT: 500 maşın yolda qaldı, “06”-nı sel apardı – VİDEO

Gecə saatlarında güclü leysan yağışı Qobustanda selə səbəb olub.

ARB Şəki xəbər verir ki, nəticədə Bakı-Şamaxı yolu bağlanıb.

500 –dən çox avtomobil yolda qalıb. Sel suları Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsi adlanan əraziyə toplanaraq, orada gölün əmələ gəlməsinə səbəb olub. Nəticədə magistral yol bağlanıb. Çökək ərazidən keçən yol və körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün avtomobillərin hərəkəti tam məhdudlaşıb. Sel suları körpüyə ziyan vurub. Yol bir neçə saat bağlı qaldığı üçün Bakıdan Şamaxı istiqamətinə və əks tərəfə gedən 500-dən çox avtomobil yolda qalıb. Suda və lilin içində batıb qalan minik avtomobilləri xilas edilib.

Sürücü: “Yolda gördüm ki, qabağımızda bir “Jiquli”ni sel aparır. Düşüb kömək etdik. Sonra “VAZ-2106″-nı sel apardı”.

Əraziyə ağır texnikalar cəlb edilib, Ceyrankeçməz çayının yatağı lildən təmizlənib və sel sularının başqa əraziyə axıdılması təmin edilib. Hazırda ərazidə avtomobillərin hərəkəti tam bərpa olunub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın