Ana səhifə / Media / Bakı sakinlərini qorxuya salan it sürüləri — VİDEO

Bakı sakinlərini qorxuya salan it sürüləri — VİDEO

Son günlər Bakının bir çox ərazisində sahibsiz heyvanlar çoxalıb.
Qəsəbə ətrafı ərazilərdə, hətta mərkəzdə belə sahibsiz it və pişik sürüsünə rast gəlmək olur. Nərimanov metrosu yaxınlığında, mikrorayonlarda, Biləcəri qəsəbəsində, o cümlədən Xırdalan şəhərində sahibsiz it sürüləri var. Bu səhər saatlarında və axşam insanların gediş-gəlişinə mane olur.
Sakinlər bildirirlər ki, bununla bağlı dəfələrlə şikayət edilsə də, müraciətlər nəticəsiz qalıb.
“Heç olmasa əvvəllər gəlib yığışdırırdılar. İndi heç veclərinə də deyil. Səhər işə gedəndə adam qorxusundan tərpənə bilmir itlərin əlindən”, – deyə şəhər sakini Cavid Babayev şikayətlənib.
Ekspertlər isə bunun günahını həm dövlət qurumlarında, həm də vətəndaşların özlərində görür. Canlı alımin mühafizəsi “Alyans” Ictimai Birliyinin sədri Mənsurə Rəsulzadə bildirib ki, insanlar heyvanlara qarşı çox da qəddar olmamalıdır: “Bəzən sahibsiz heyvanlar üçün hansısa bir iş görmək istəyəndə, buna mane də olurlar. Əslində insanların təhlükəsizliyini təmin etmək üçün sahibsiz heyvanlara da müəyyən mənada qayğı göstərməlidir. Bakıda sahibsiz heyvanların saxlanılması və qorunması üçün klinika və saxlanma məntəqəsi tikilib. Amma çoxu buna güldü və qınadı. Yenə də küçələrdə sahibsiz heyvanlar çoxalıb. Bu məsələ Azərbaycan üçün çox qəlizdir. Bu işi dövlət qrumları və ictimai birliklər də etməlidirlər. Əsas odur bu işlə məşğul olanları narahat etməsinlər və işindən ayırmasınlar. Dövlət bu məsələ çox diqqət ayırmalıdır. Birinci növbədə Baytarlıq Xidməti güclü işləməlidir. Lazımı səviyyədə işləmək üçün baytarlıq xidmətində bu sahəni bilən güclü mütəxəssislər yoxdur. Orada yalnız kənd təsərrüfatı üzrə mütəxəssislər var. Sahibsiz heyvanlara nəzarət edənlər, axtalam sistemini bilən mütəxəssilər yoxdur”, – deyə M. Rəsulzadə bildirib.
 Ekspert deyir ki, Bakıda heyvanların başına olmazın əziyyətlər gətirilir: “Bu gün heyvanların başına gətririlən müsibətlərdən çoxunun xəbəri yoxdur. Çox təəssüf ki, bu sahəyə nəzarət olunmur. Hazırda Balaxanıda bir yer var. Çox balaca və baxımsız məntəqədir. Bütün Bakıdan ora sahibsiz heyvanlar aparılır. Hər gün ora 50-60 heyvan aparılır. Lakin orada heyvanların saxlanması üçün yer və imkan yox səviyyəsindədir”. (Ölkə.az)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın