Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Bakı sakini pul verib ev alıb, amma məcburən vaqonda yaşayır

Bakı sakini pul verib ev alıb, amma məcburən vaqonda yaşayır

Bakı sakini Elmira Qoçqarova 2009-cu ildə 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 63B ünvanında aldığı evdə yaşaya bilmir. Buna səbəb ev sahibi Eldar İsgəndərovun onu qanunsuz olaraq evə buraxmamasıdır. Bu barədə E.Qoçqarova virtualaz.org-un redaskiyasına şikayət edib.

Şikayətçi bildirir ki, 14 min 750 dollara aldığı ev ümumi həyətdədir və alarkən ev sahibi ilə sonradan araya hasar tikməklə bağlı razılığa gəliblər. Lakin 4 il əvvəl E.Qoçqarova evin çürümüş döşəməsini təmir etmək məqsədilə bir müddət evdən çıxaraq qohumunun evində məskunlaşıb. Bundan istifadə edən ev sahibi darvazanın qıfılını dəyişərək onu evə buraxmayıb.

Şikayətçi deyir ki, evi alarkən “makler”lə müqavilə bağlayıb və pulu şahidlərin iştirakı ilə E.İsgəndərova verib. Evdən əli çıxan qadın ev sahibinə ödədiyi məbləği geri qaytarmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə pulun geri qaytarılması ilə bağlı qərar çıxarıb. Lakin E.İsgəndərov evin pulunu bütöv şəkildə deyil, hissə-hissə qaytaracağını bildirib.

“Ayda 150-200 manat banka ödəyərək qəbzləri mənim icraçımaverir. Mən bu pulla nə edim? Qaytarırsa, heç olmasa, pulu bütöv qaytarsın, mən də başımın çarəsinə baxım. Kirayə qaldığım evlərə borcum var, indi məcburən vaqonda məskunlaşmışam. 50-yə yaxın yaşım var, mənim çöllərdə qalan vaxtımdır?”, – deyə şikayətçi bildirir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın