Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Bakı sakini avtomobil aldı, amma texniki pasporta görə sürə bilmir – VİDEO

Bakı sakini avtomobil aldı, amma texniki pasporta görə sürə bilmir – VİDEO

Bir neçə ay əvvəl avtomobil alan sürücü onu idarə edə bilmir.

Səbəb 20 il əvvəl avtomobilə verilən texniki pasportdur. Yol polisi sürücüyə bildirir ki, avtomobilin texniki pasportu standartlara uyğun deyil.

Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirirlər ki, sürücü mütləq milli texniki pasport almalidir.

Yaşar Məmmədov avtomobilini yaxın qohumundan etibarnamə ilə alıb. ”VAZ-21011” markalı avtomobilin texniki pasportu isə 1996-cı ildə verilib.

Onun sözlərinə görə, yol polisləri texniki pasportu görən kimi avtomobili cərimə meydançasına aparmalı olduğunu deyirlər. Hər dəfə də sənədin dəyişdirilməsi tələb olunur.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, Yaşar Məmmədov yol polisinə müraciət etməlidir. Beynəlxalq Konvensiyaya uyğun olaraq həmin avtomobilin sənədləri dəyişdirilməldir.

Bunun üçün sürücü avtomobili qeydiyyat mərkəzinə aparmalı, 20 manat rüsumu olan texniki baxışdan keçirməli və 17 manat ödəməklə isə yeni texniki pasport ala bilər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın