Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Media / Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib

Hazırda paytaxtın küçə və prospektlərində yolun hərəkət hissəsi qardan təmizləndiyindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilmir.

Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsindən APA-ya verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyi Axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən son dərəcə diqqətli olmalarının xahiş edir.

Sürücülərə şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürüətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

Sürücülərlə yanaşı piyadaların da belə günlərdə diqqətli olmaları zəruridir. Belə ki, piyadalar nizamlanmayan keçidlərdən istifadə edərkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmasınlar. Çünki normal hava şəraitinə nisbətən qarlı havada avtomobillərin tormoz məsafəsi bir neçə dəfə artır.

Həmçinin oxuyun

Millət vəkilindən sosial media istifadəçilərinə çağırış

Millət vəkili Sabir Rüstəmxanlı sosial media istifadəçilərinə çağırış edib. Deputat türkdilli dövlətlərdən olan dostların çevrəsini …

Bir cavab yazın