Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Media / “Bakı Metropoliteni”nin işçiləri etiraz aksiyası keçirdilər

“Bakı Metropoliteni”nin işçiləri etiraz aksiyası keçirdilər

Bu gün “Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentinin işçiləri öz hesabına məzuniyyətə göndərilməsinə etiraz edərək metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında aksiya keçiriblər.
Bu barədə Bizim Yol-a aksiyaçılardan biri, Tikinti Departamentinin 1 nömrəli Tunel Tikinti İdarəsinin qazmaçı vəzifəsində çalışan Aqil Əzizov bildirib.
Onun sözlərinə görə, işçilərin əmək müqaviləsi var: “Biz bu qurumun qanuni işçiləriyik. Bizi məcburi öz hesabımıza məzuniyyətə göndərməyə çalışırlar. Buna etiraz edirik”.
Məsələ ilə bağlı olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlama verib. O, Tikinti Departamentinin işçilərinin ötən gün qəbul edilərək onlarla söhbət aparıldığını deyib: “Bu günə kimi “Bakı Metropoliteni”nin heç bir işçisi işdən azad edilməyib və məcburi öz hesabına məzuniyyətə göndərilməyib. İxtisarlar aparılmayıb. İşləyənlərə isə vaxtlı-vaxtında əməkhaqqı verilib”.
moderator.az

Həmçinin oxuyun

Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyası sədrinin birinci müavini seçilib

Sentyabrın 12-13-də Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib.Mia.az Mətbuat Şurasına istinadla xəbər verir ki, …

Bir cavab yazın