Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Bakı kəndlərinə avtobuslar “Dərnəgül” metro stansiyasından gedəcək – FOTOLAR

Bakı kəndlərinə avtobuslar “Dərnəgül” metro stansiyasından gedəcək – FOTOLAR

Bakı Nəqliyyat Agentliyi metronun “Dərnəgül” stansiyası yaxınlığındakı ərazidə növbəti Nəqliyyatı Mübadilə Mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.

Agentliyin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, hazırda ərazinin asfalt örtüyü yenilənir. Bu işlər yekunlaşdıqdan sonra avtobusların və sərnişinlərin rahat, eyni zamanda təhlükəsiz hərəkəti üçün zəruri tədbilər görüləcək, əlavə dayanacaq pavilyonları qoyulacaq. Layihəyə əsasən, Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzində avtobuslarla yanaşı, taksilər üçün də duracaq müəyyənləşdirilib.

İlkin mərhələdə Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinə əsasən Binəqədi, Biləcəri, Mehdiabad, Fatmayı, Məhəmmədi, Pirşağı, Digah və Novxanı kimi kənd və qəsəbələrdən gələn 17 marşrut xətti üzrə avtobusların daxil olması planlaşdırılır. Hazırda bu marşrut xətlərinin əksəriyyəti üzrə avtobusların son dayanacaq məntəqəsi metronun “Azadlıq Porspekti” stansiyası müəyyən edilib.

Bu isə gün ərzində, xüsusən də pik saatlarda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olur. Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildikdən sonra, avtobusların xaotik hərəkətindən qaynaqlanan bu problem aradan qalxacaq. Gələcəkdə Dərnəgül Nəqliyyatı Mübadilə Mərkəzinin imkanlarından aslı olaraq, bura daxil olması planlaşdırılan marşrut xətlərinin sayı artırıla bilər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın