Cümə , Oktyabr 30 2020
Ana səhifə / Media / Bakı-Gəncə sürət qatarının işə salınacağı vaxt açıqlanıb

Bakı-Gəncə sürət qatarının işə salınacağı vaxt açıqlanıb

Bakı-Gəncə sürət qatarının fəaliyyətə başlayacağı vaxt məlum olub. Ölkənin Qərb bölgəsinə sürət qatarı Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun əsaslı təmiri yekunlaşdıqdan sonra hərəkət edəcək.

Bunu “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə qatarların sürəti 100-140 km/saat təşkil edəcək: “Gəncəyə İsveçrənin “Stadler Rail” şirkətinin “KİSS” markalı qatarları hərəkət edəcək. Ehtimal edirik ki, əlavə bu cür qatarların alınmasına ehtiyac yaranacaq”.

Qeyd edək ki, hazırda Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Ötən ilin dekabr ayında Bərgüşad-Müsüslü mənzilində 12,5 km yolun əsaslı təmirinə start verilib. Bu layihənin icrasına isə 2015-ci ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 186 km dəmir yolu əsaslı təmir olunub.

Həmçinin oxuyun

Fransada Qarabağ haqqında reportajın müəllifi olan jurnalist kəskin tənqid olunur

«Sərhədsiz Reportyorlar» TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona …

Bir cavab yazın