Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Bakı Dövlət Sirkinin ziyarətçiləri təhlükədədir – VİDEO

Bakı Dövlət Sirkinin ziyarətçiləri təhlükədədir – VİDEO

Bakı Dövlət Sirki binasının təmirə ehtiyacı var.

ANS TV-nin məlumatına görə, Bakı sirki uşaqların əyləncə məkanı olsa da obyektin təmiri məsələsi illərdir təxirə salınaraq yaddan çıxır. Buna baxmayaraq, mövsümi fəaliyyət göstərən sirk işini dayandırmır, tamaşaçılarını qəbul edir. Hazırda sirkdə Rusiya sirk ustalarının təqdimatında yeni il bayramı ilə əlaqədar proqram hələ də davam edir. Sirkə gələnlərin isə sayının çoxluğu diqqətdən yayınmırdı. Övladlarını sevindirmək istəyənlər məhz sirkə üz tutur. Tamaşanın sonunucu günü olduğundan gələnlərin sayı da çox idi. Sirkin uzun illərdir təmir olunmaması isə bir sıra problemləri ortaya çıxarır.

Sirkin oturacaqları və pilləkənləri bərbad vəziyyətdədir. Bu isə hər an çıxıb düşənlər üçün xoşagəlməz sonluqla nəticələnə bilər. Heç kim isə baş verə biləcək bədbəxt hadisələrdən sığortalanmayıb.

Bakı Dövlət Sirkinin rəhbəri Mahir Hümbətov bildirib ki, sirkin təmir olunması ilə bağlı müvafiq qurumlara müraciət olunub. Həmçinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev özü də bu binanın təmirə ehtiyac olduğunu deyib. Bunun üçün bina artıq nəzarətə götürülüb və müəyyən təmir işləri də artıq yerinə yetirilib.

Qeyd edək ki, sirk binası XX əsrin sonunda tikilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın