Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bakı Dəmiryol Vağzalında diskomfort – sərnişinlərin tualet problemi – FOTOLAR

Bakı Dəmiryol Vağzalında diskomfort – sərnişinlərin tualet problemi – FOTOLAR

Bakı Dəmiryol Vağzalında həyata keçirilən təmir işləri nəqliyyatın bu növündən istifadə edən sərnişinlərə bəzi çətinliklər yaradıb.

Bununla bağlı Publika.az-a danışan sərnişinlər bildiriblər ki, dəmiryol vağzalındakı bütün kişi və qadın ayaqyolularını söküblər. Bu isə Rusiyadan, Gürcüstandan, habelə respublikamızın ayrı-ayrı rayonlarından Bakıya gələn sərnişinlər üçün diskomfort yaradır.

 

Qeyd edək ki, vaqonlardakı tualetlər qatarlar Biləcəri stansiyasına yaxınlaşanda bələdçilər tərəfindən bağlanılır və sərnişinlər onlardan istifadə edə bilmirlər. Saatlarla uzaq yol gələn yerli və xarici vətəndaşlar Bakı Dəmiryol Vağzalına çatdıqda burdakı tualetlərin hamısının söküldüyünü görürlər.

 

Yeri gəlmişkən, dəmiryol vağzalına məxsus tualetlər iki yerdə sərnişinlərə xidmət göstərirdi – bilet satışı kassalarını yanında və perronda. Lakin təmir işləri ilə əlaqədar bütün tualetlər sökülüb. Maraqlıdır ki, perrondakı tualet sökülsə də, onun düz yanındakı “Ekspress” kafe hələ də fəaliyyət göstərir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı SC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Publika.az-aaçıqlamasında dəmiryol vağzalında təmir işlərinin aparıldığını bildirib: “Mart ayından dəmiryol vağzalında təmir işləri həyata keçirilir. Ərazi hasara alınıb və əsaslı şəkildə təmir olunur. Vağzal yenidən qurulacaq. Orada sərnişinlər üçün hər cür şərait yaradılacaq”.

 

Nadir Əzməmmədov qeyd edib ki, yenicə təmirdən çıxacaq Bakı Dəmiryol Vağzalı tamamilə fərqli görünüşə malik olacaq. Burada sərnişinlər üçün kafe, restoran, habelə digər obyektlər yaradılacaq. Bu səbəbdən vağzaldakı narahatlıq müvəqqətidir. Ərazidəki təmir işlərinin başa çatmasına isə az vaxt qalır.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın