Ana səhifə / Media / “Bakı Avtovağzalının qarşısındakı istinad divarında aparılan bərkitmə işləri sürüşmə-çökmə prosesinin qarşısını alacaq”

“Bakı Avtovağzalının qarşısındakı istinad divarında aparılan bərkitmə işləri sürüşmə-çökmə prosesinin qarşısını alacaq”

“Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verən ərazidəki istinad divarında bərkitmə işləri davam etdirilir. İstinad divarına paralel olaraq dirəklər vurulacaq və dirəklərin arası betonla bərkidiləcək. Bu isə asfaltın altındakı kütlənin qarşısını tam olaraq alacaq”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, ərazidə geoloji-tədqiqat işləri aparılıb: “Ərazidə bərkitmə işləri ilə paralel olaraq yerin daxilindəki süxurların su keçirmə qabiliyyəti, yük götürmə qabiliyyəti yoxlanılır. Bütün bunlar hamısı ona görə aparılır ki, gələcəkdə həmin ərazidə yenidən sürüşmə-çökmə hadisəsi baş verməsin”.

Baş geoloq qeyd edib ki, istinad divarında bərkitmə işləri tamamlandıqdan sonra asfalt yolda bərpa işləri aparılacaq.

Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın