Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bakı 1 Saylı Vərəm Dispanserində biabırçılıq – Xəstələrdən kanalizasiya pulu tələb olunur

Bakı 1 Saylı Vərəm Dispanserində biabırçılıq – Xəstələrdən kanalizasiya pulu tələb olunur

Bakı Şəhər 1 Saylı Vərəm Dispanserində biabırçı vəziyyət yaşanır. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, sözügedən dispanserdə müalicə alan xəstələrdən kanalizasiya pulu tələb olunur.

Həmin məlumatda vurğulanır ki, xəstələr buna etiraz etsələr də, tələblər dəyişməyib. Üstəlik, onlardan başqa məqsədlər üçün də pul istənilir ki, bu da ciddi narazılığa səbəb olub.

Bu əsnada xəstələr onu da bildiriblər ki, 1 saylı Vərəm Dispanserində müalicə alanlara ümumiyyətlə, yemək verilmir və onlara ərzaq evlərindən gətirilir. Halbuki dövlət hər il vərəm xəstəliyindən əziyyət çəkənlərin müalicəsi üçün milyonlarla manat vəsait ayırır. Həmin vəsaitin böyük bir qismi isə dərman peraparatlarının və qida məhsullarının alınması üçün nəzərdə tutulub.

Məsələni dəqiqləşdirmək üçün sözügedən qurumla əlaqə saxlamaq cəhdimiz alınmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın