Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Bahar Energy” azərbaycanlı işçilərə “qara kağız” verdi

“Bahar Energy” azərbaycanlı işçilərə “qara kağız” verdi

“Bahar Energy” əməliyyat şirkəti daha 30 azərbaycanlı neftçini ixtisara salıb.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu ilin əvvəlində də 83, aprelin 1-də isə 50-ə yaxın işçi ixtisara salınmışdı: “Şirkət hər il 100-dən yuxarı işçini işdən azad edir. Artıq 5 ildir ixtisarlar gedir. Amma ixtisara salınanlar arasında 5-10 min manat məvacib alan əcnəbi işçilərin adına rast gəlmirik”.

M.Qəhrəmanlı qeyd etdi ki, Əmək Məcəlləsinin tələblərinə zidd olaraq işçilərlə müvəqqəti əmək müqavilələri bağlanır. Bu isə işdən çıxarılmalar zamanı bəhanə rolunu oynayır: “Şirkətdə iki nəfərin görəcəyi işi bir nəfərə gördürürlər. Biz müvəqqəti əmək müqavilələrinin bağlanmasına etiraz etsək də tədbir görülmədi. Şirkətdə əvvəllər 2500 işçi çalışırdı. İndi isə onların sayı yarıya qədər azalıb. Şirkətdə yenə də ixtisarlar gözlənilir”.

Qeyd edək ki, mart ayında ixtisarlara narazılıq edən 6 sex rəisi də işdən çıxarılmışdı.

Xatırladaq ki, virtualaz.org saytı şirkətdə çalışan əcnəbilərin məvacibləri ilə bağlı məlumat yaymışdı. Mərkəzi ofisdə çalışan 12 əcnəbi ayda 16-20 min dollar əməkhaqqı alır. 20 xarici işçinin hər birinin məvacibi isə 5 min dollardır. Şirkətin əcnəbi rəhbərlərinin məvacibi isə 30-50 min dollar arasındadır. Yerli işçilərin əməkhaqı isə 800-1000 manat arasındadır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın