Ana səhifə / Media / Badamdar sakinlərindən Səbail İcra Hakimiyyəti haqqında – ŞİKAYƏT

Badamdar sakinlərindən Səbail İcra Hakimiyyəti haqqında – ŞİKAYƏT

Badamdar qəsəbəsində yerləşən Göyüş Qarayev, 3 binasının sakinləri şikayət məktubu ünvanlayıblar. Sakinlərin bildirdiyinə görə, binanın zirzəmisində onların istəyinə zidd olaraq qazıntı və söküntü işləri aparılır.

Sakinlərin bildirdiyinə görə tanımadıqları şəxslər binanın zirzəmisini obyektə çevirmək məqsədi ilə söküntü-qazıntı işləri həyata keçirir. Hətta onlar binanın divarını dağıdaraq obyekt üçün qapı belə düzəldiblər.

Sakinlərin sözlərinə görə binanın zirzəmisində işləyən şəxslər orada olan arakəsmələri belə sökürlər. Bu da binanın dayanıqlığına ciddi problem yaradacaq. Sakinlərin verdiyi məlumata görə binadakı bu qanunsuz işlər Səbail Rayonu İcra Hakimiyyətinin razılığı ilə həyata keçirilir. Belə ki, zirzəmidə işləyən şəxslər sakinlərə bildiriblər ki, onlar bu işi özbaşına etmirlər, bunun üçün Səbail Rayonu İcra Hakimiyyətinin razılığını alıblar…

Moderator. az

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın