Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bəzi parkomatlar Bakının yollarında əsl problemə çevrilib – VİDEO

Bəzi parkomatlar Bakının yollarında əsl problemə çevrilib – VİDEO

Paytaxt küçələrində parkomatların sayının artması bəzi küçələrdə problemə çevrilib. Parkomatlar düzgün quraşdırlmadığından yollarda tıxaclar yaranır. Bundan həm sərnişinlər, həm də sürücülər əziyyət çəkir.

Məlumata görə 70-dən artıq küçə və prospektdə indiyə kimi 300-ə yaxın parkomat qurasdırılıb. Lakin düzgün yer seçilmədiyindən sürücülər hələ də çətin anlar yaşayır.

Bəzən isə yolun bir tərəfində quraşdırılan parkomantda ödəniş edərək yolun hər iki istiqamətində maşın saxlayan sürücülər belə olur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, parkomatların quraşdırıldığı yerlərdə avtomobillər paralel və ya perpendikulyar park olunmalıdır. Lakin buna əməl olunmur.

Məsələylə bağlı açıqlama verən Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədəv bildirib ki, paytaxtda artıq 14 parkomantın yeri dəyişdirilib və problem olan küçələrdə bu proses davam etdiriləcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın