Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Bərdənin icra başçısı Heydər Parkına girişi pullu edib

Bərdənin icra başçısı Heydər Parkına girişi pullu edib

Bərdə rayon icra başçısı Vidadi İsayevin özbaşınalığı ilə bağlı Savash.org-un redaksiyasına daha bir ilginc xəbər daxil olub. Həmin məlumata görə, icra başçısı Heydər Parkını əsl qazanc mənbəyinə çevirib, rayon sakinlərinin müraciət və şikayətləri isə heç bir fayda vermir.

Savash.org-a daxil olan məlumatda bildirilir ki, icra başçısı Heydər Parkı ilə bağlı küllü ixtiyarı oğluna verib, o isə ulu öndərin adını daşıyan parkda öz “qanunlarını” tətbiq edir. Həmin “qanunlar” isə sırf qazanca hesablanıb. Belə ki, parka giriş pulludur. Bundan əlavə parkda salınmış oyun meydançasına uşaqların daxil olması üçün 50 qəpik tələb olunur. Həmçinin parka istirahətə gələn bərdəlilər avtomobilləri üçün də 50 qəpik ödəməli olurlar.

Bərdə RİH başçısının oğluna göstərdiyi bu “canıyananlıq”, onun üçün açdığı “iş yeri” isə bərdəlilərin böyük narazılığına səbəb olub.

Növbəti yazımızda həm bu olayın, həm də Bərdədə icra başçısının imzası ilə reallaşdırılan digər maxinasiyaların ilginc təfərrüatlarını təqdim etməyə çalışacağıq.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın