Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bərdə bazarında 12 mağaza yandı – VİDEO

Bərdə bazarında 12 mağaza yandı – VİDEO

Bu gecə saat 3 radələrində Bərdənin mərkəzi bazarında güclü yanğın olub.

Ərzaq, geyim və elektron avadanlıqları satılan 12 mağaza yanıb.

Sahibkarlar hdaisədən səhər saatlarında xəbər tutublar. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Sahibkar Zaur Hümbətov 210 min manatlıq malı yandığını bildirib: “Dünən axşam da faktura ilə gələn 21 minlik mallarım var. Toplamda 230 minlik malım məhv olub”.

Sahibkar Malik Seyidəliyev də xeyli ziyana düşüb: “70 minə yaxın malım var maqazində. Nə var hamısı yanıb, bir dənə şey çıxası deyil. 10 ildə yığdığım maqazin bir gündə yandı”.

Ətrafdakı mağazalarda quraşdırılan müşahidə kameralarının görüntüləri də götürülüb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın