Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bələdiyyəyə namizədliyi qeydə alınan jurnalistlərin hansı gözləntiləri var?

Bələdiyyəyə namizədliyi qeydə alınan jurnalistlərin hansı gözləntiləri var?

Onlar ilin sonunda keçiriləcək seçkilərinin şəffaf olacağına ümid edir

Dekabrın 23-nə təyin olunan bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərin qeydə alınması və  məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi üçün ayrılan müddət başa çatıb. Qeydə alınan namizədlərin dəqiq siyahısı gələn həftə aparılan hesablamalardan sonra bəlli olacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımovun sözlərinə görə, dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar olaraq dairə seçki komissiyalarına (DSK) 42 625 iddiaçı bildiriş təqdim edib. Həmin şəxslərdən 35 574 nəfəri namizəd statusunu alıb və qeydiyyatdan keçib. Namizədlər arasında qadınlar və gənc namizədlər daha çox fəallıq nümayiş etdirib. Qeydiyyatdan keçərək namizəd statusu almış passiv seçki hüququna malik vətəndaşların 30 faizindən çoxu qadınlardır. O cümlədən, qeydə alınmış namizədlərin təxminən 28 faizə yaxını gənclərdir. R.Qasımovun açıqladığı məlumata görə, bu seçkilərdə hətta yaşı 21-dən aşağı olan 300-ə yaxın gənc artıq namizəd olaraq qeydə alınıb. Qeyd edək ki, namizədliyini qeydə alınanların sırasında jurnalistlər, ictimai fəallar da az deyil.

“Yeni Müsavat”ın əməkdaşı kimi onlardan bir neçəsinin bələdiyyə seçkiləri ilə bağlı gözləntilərini öyrənməyə çalışdıq.

Niyaməddin Orduxanlı ile ilgili görsel sonucu

45 saylı Abşeron seçki dairəsindən bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınan BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı “Yeni Müsavat”a açıqlamasında illər öncə Azərbaycanın ən gənc bələdiyyə üzvü seçildiyini bildirib: “Bu günə kimi 20 il ərzində abşeronlular 4 dəfə Abşeron rayonun Mehdiabad qəsəbəsindən çox böyük etimad göstərərək qalib ediblər”.

Niyaməddin Orduxanlı seçki ilə bağlı gözləntilərini bu cür qeyd edib: “Gözləntimə gəldikdə isə çox inanıram ki, bu dəfə də abşeronlular mənə səs verəcəklər. Seçkiyə start veriləndə mən gənclərə və gənc siyasətlərə müraciət etmişdim ki, bələdiyyə seçkilərinə qatılsınlar. Mənim siyasətçi olaraq əsas hədəfim parlamentə üzvü seçilib dövlətimizin inkişafına yaxından töhfə vermək, daha çox milli maraqlarımızın qorunmasında yaxından iştirak etmək, rayonumuzun inkişafında öz bacarığımı əsirgəməməkdir. Son 15 ildə 3 dəfə Abşerondan deputatlığa namizəd olmuşam. İkinci yerə qədər yüksəlmişəm. Bələdiyyə seçkilərində iştirakım bir daha imkan verəcək ki, Abşeron rayonunda öz təblığatımı daha da genişləndirim. Deputat seçilmək üçün əsas amil etimadı qazanmaqdır. Buna görə də 10 aydan sonra keçirilən parlament seçkilərində də iştirak edəcəm və bütün imkanlarımla çalışacam ki, bu dəfə ikinci yerə deyil, birinci olmağı bacarım”.

Fərid Şahbazlı ile ilgili görsel sonucu

22 saylı Nəsimi ikinci seçki dairəsindən Nəsimi bələdiyyəsi üzvlüyünə namizədliyi qeydə alınan, editor.az saytının baş redaktoru Fərid Şahbazlı isə gözləntilərini bu cür bildirib: “Azərbaycanda 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ölkəmizin ictimai-siyasi həyatı üçün olduqca mühüm hadisədir. Düşünürəm ki, budəfəki seçkilərin nəticəsi olaraq, seçiləcək şəxslər bələdiyyələrin fəaliyyətinə yeni nəfəs gətirəcək. Bu bələdiyyə seçkilərinə gənclərin və jurnalistlərin də qatılması həm ümumilikdə seçki prosesində, həm də nəticə etibari ilə yerli idarəetmə orqanlarının fəaliyyətində dinamizm və aktivliyə səbəb olacaq. Öz şanslarıma gəldikdə isə bildirmək istəyirəm ki, mən seçkilərə bitərəf namizəd kimi qatılmışam. Ancaq tərəfsiz də deyiləm. Mən Azərbaycan dövlətinin, xalqının və onun başçısının milyonlarla sıravi əsgərindən biriyəm. Nəticədən asılı olmayaraq, maraqlı bir seçki prosesi üçün çalışacağıq”.

Famil Fərhadoğlu ile ilgili görsel sonucu

32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi qeydə alınan unikal.org saytının müxbiri, jurnalist Famil Fərhadoğlu isə bildirdi ki, son zamanlar ölkədə aparılan islahatlar onu seçkilərə qatılmağa sövq edib: “Son dövrlər prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün dövlət və xalqın maraqları nəzərə alınmaqla mühüm addımlar atılır. Dövlət idarəetmə sistemində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara etimad göstərilir. Ölkə başçısının bu istiqamətdəki mesajı prosesə qoşulmağım üçün vəsilə oldu. Mən də cənab prezidentin gəncləşdirmə siyasəti aparılacağını açıqladığı çıxışını müsbət qarşıladım. Qərara aldım ki, dekabrın 23-ü ölkədə keçiriləcək bələdiyyə seçkilərində namizəd kimi iştirak edim. Çünki mən də bir gənc kimi ölkəmizin inkişafı ilə bağlı cənab prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın atdığı addımlara dəstək vermək arzusundayam”.

Jurnalist bələdiyyə seçkilərinin şəffaf keçiriləcəyinə ümid etdiyini bildirib: “Ümid edirəm ki, həmin seçkilərə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir müdaxilə edilməyəcək. Seçkilərin şəffaf keçirləcəyinə ümid etdiyim üçün inanıram ki, layiqli namizədlər, seçicilərin etimadını qazanan üzvlər bu seçkilərdə lazımi səs toplaya biləcəklər. Biz 1988-ci ildə ailəlikcə Qərbi Azərbaycandan deportasiya olunandan sonra Suraxanı rayonunun Əmircan qəsəbəsində köçmüşük. Mənim uşaqlığım, gəncliyim bu qəsəbə ilə bağlıdır. Mən Əmircan qəsəbəsində yerləşən 114 saylı orta məktəbdə 11 il təhsil almışam. Burada yaşayan insanlar arasında xoş, doğma münasibət var. Qədim Bakı kəndi olan bu qəsəbədə insanlar bir-birini tanıyırlar. Sakinlərin böyük əksəriyyəti mənim jurnalist fəaliyyətimlə tanışdırlar. Bilirlər ki, televiziyada sosial layihələrdə çalışdığım dönəmdə, istərsə də yazılı mətbuatda insanların problemlərini gündəmə gətirmişəm. Bu sosial məsələlərin ictimailəşdirilib, həll edilməsində əlimdən gələni etmişəm.

Bu, məni tanıyan seçicilərin mənə inanıb, dəstək olmasına təsir edən ən böyük amildir. Ona görə mənimlə rastlaşan sakinlər qəsəbə ilə bağlı sosial problemlərini deyirlər. Mən əminliklə deyə bilərəm ki, bu qəsəbənin, bu rayonun bütün problemlərinə bələdəm. Bələdiyyəyə üzv seçildiyim təqdirdə bu problemlərin həlli istiqamətində əlimdən gələn nə varsa etməyə hazıram. Suraxanı rayonuna prezident tərəfindən yeni icra başçısı təyin olundu. Ona rayonda aparacağı sosial-iqtisadi layihələrdə kömək etmək niyyətindəyəm. Sadaladıqlarımı nəzərə alsaq, mənim qəsəbədə olan jurnalist nüfuzumu da buna əlavə etsəm seçkilərdə nəticə qazanmaqda hər hansı çətinliklə üzləşməyəcəyimi düşünürəm”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …