Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bələdiyyə sədri məhkəməyə verildi

Bələdiyyə sədri məhkəməyə verildi

Bərdənin Mirzalıbəyli kəndində yaşayan Telman Əliyev “Yeni Müsavat”a müraciət edib. Şikayətçi deyir ki,  bələdiyyə sədri İldırım Məlikov onun pay torpağını zəbt edib. Buna görə də o, sədri məhkəməyə verib. Ancaq hüquqlarını bərpa edə bilməyib. T.Əliyev deyir ki, məhkəmələr heç bir əsas göstərmədən bələdiyyəni müdafiə edir: 
“Bərdə Rayon Məhkəməsinin 27 noyabr 2013-cü il tarixli qətnaməsi var. Mirzalıbəyli bələdiyyəsinə, Bərdə rayon 1 və 2 saylı dövlət notariat kontorlarına qarşı iddia qaldırmışdıq. Amma zəbt edilən 0,43 hektar torpaq sahəsindən həmin şəxsin çıxarılması, torpaq sahəsinin qaytarılması və alqı-satqı müqavilələrinşt etibarsız hesab edilməsi tələbinə dair iddiamız rədd edilib. Cavabdeh Məlikov İldırımdır. Birinci instansiya məhkəməsinin ədalətsiz qətnaməsindən Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2014-cü il tarixli qətnaməsi ilə qismən təmin edilib”.
T.Əliyev bildirir: “Apelyasiya şikayətində bildirmişik ki, İldırım Məlikov 2006-cı ilin aprelində pay torpağının 0,44 ha hissəsinin satılmasına dair notariusda imza atıb, cavabdehdən 4 min manat pul alıb, lakin bizə heç bir sənəd verilməyib. Bələdiyyə sədri sahəmizə gedən yolu daraldıb, texnikanın sahəyə aparılması mümkün olmayıb. Yolun genişləndirilməsini ondan xahiş etmişik. Lakin 2013-cü ilin mart ayından bu günə kimi düzəltməyib. 2013-cü ilin mart ayında sənədləri gətirib yoxlatdırandan sonra 0,44 ha əvəzinə, 0,89 ha satıldığını bilmişik. 0,24 ha torpaq sahənin satılması ilə bağlı 2 saylı notariusda notarius Tamaşa Atakişiyeva tərəfindən saxta sənədləşmə aparılıb.  Tərəfimizdən apelyasiya şikayətimizin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişik. Apelyasiya Məhkəməsi qanuni tələbimizi təmin etməyib”.
Kənd sakini söyləyir ki, onu aldadıblar: “Biz aldatma yolu ilə əqdi bağlamış cavabdehin hərəkətlərini qanunsuz hesab edirik. Qanunvericiliyə görə əhəmiyyətsiz əqd bağlandığı andan etibarsızdır və o heç bir hüquqi nəticəyə səbəb olmur. Məhkəmə ədalətli araşdırma aparmayıb. Bu sənədləşmələr notarius tərəfindən qeyri-qanuni əsaslarla iradəmizin əleyhinə olaraq aparılıb. Nəticədə mənim aldadılmağım əsassız olaraq notariat sənədlərdə təsdiqlənməklə mülkiyyətim mənimsənilib. Mən bu fakt və halları məhkəmələrdə mübahisələndirmişəm. Mülkiyyətimdə olan torpaq sahəsinin aldadılma yolu ilə əldə edilməsini bildirsək də, ədalətli məhkəmə araşdırılması aparılmayıb”. T.Əliyev ölkə rəhbərliyindən kömək gözləyir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın