Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bərdənin icra başçısı fəhlələrin pulunu necə mənimsəyib? – VİDEO

Bərdənin icra başçısı fəhlələrin pulunu necə mənimsəyib? – VİDEO

Bərdə rayon icra başçısı Vidadi İsayev barədə yeyinti, fəhlələrin pullarını mənimsəmə ittihamları ortaya çıxıb Yasamal rayon sakini Elgiz Cəfərov ona edilən haqsızlıqla bağlı mediaya müraciət edib. Elgiz Cəfərovun şikayəti Bərdə rayon icra başçısı Vidadi İsayev haqqındadır. Şikayətçi bildirir ki, bir neçə il əvvəl rəhbərlik etdiyi briqada ilə Bərdədə abadlıq işləri görüb: “43 nəfərlə öz doğma rayonum olan Bərdəyə getdim. Getdiyimiz gün Bərdə Rayon İcra Hakimiyyətinin təmir tikinti işlərinə rəhbərlik edən Mahmud məllimlə (sonradan məlum oldu ki, icra başcısının bacanağıdır) şifahi əqd bağladım. Elə həmin gün də görüləcək işlərlə bağlı tapşırığını verdi. Bizim işimiz yol kənarı hasarların, mağazaların, idarə binalarının fasadını yeniləmək idi. İşin qiymətini danışıb razılaşdıq. Mahmud müəllim dedi ki, burada heç kimdən pul istəməyin. Gördüyünüz işlərin hesabatını icra hakimiyyətində işləyən Vüqar adlı şəxsə təqdim edin, pulu isə məndən alın.

Biz də razılaşdıq. İlk günlərdə hər şey normal idi. Ustalara pul lazım olanda Mahmud müəllimə deyirdik verirdi. Lakin iş yekunlaşanda bizi incitməyə başladılar. Bizə tapşırılan işləri tam bitərəndən sonra icra başçısı Vidadi İsayevin qəbuluna getdim. Onların bizə 5300 manat borcu qalmışdı. Vidadi İsayev dedi ki, narahat olmayın. Dedi ki, siyahını Mahmud müəllimə verəcək və biz də pulu ondan götürəcəyik. Getdik şəhər parkına, orada zəng edib Mahmud məllimi çağırdı. Mən bir qədər kənarda idim. Onlara yaxınlaşmaq istəyəndə icra başçısının qoçuları qarşımı kəsdi. Mənə dedilər ki, əgər burdan uzaqlaşmasan səni içəri soxacağıq, alacağın pulun üstünə də 5300 qoyub polisdən özünü qurtararsan. Mən də oradan uzaqlaşdım. Səhəri gün icra başçısının müavini Vidadi İmanquliyevi tapdım. O, mənə cəmi 800 manat pul verdi və tələb etdi ki, Bərdəni tərk edim. Bildirdi ki, əks halda məni həbs etdirəcəklər. Oradan uzaqlaşdım, ustalar haqlarını tələb etməyə başladılar, mən də məcbur qalıb faizə pul götürüb borcu ödədim. Və həmin gündən sonra Bərdədən uzaqlaşaraq gəlib Bakıda işləyib borcumu qaytarmağa çalışdım.

Ancaq müəyyən vaxta qədər o pulun faizini qaytara bildim. Əsas məbləğ olan 6000 dollar qalırdı, faizi dollarla götürmüşdüm, o vaxt dolların kursu 0.78 manat idi, sonralar bəzi ayları verə bilmədim. Borc 8000 dollar oldu. Məcbur qalıb keçən ilin yayında ata evimizi satdırıb o borcu bağladım”. Elgiz Cəfərov bildirdi ki, məsələ ilə bağlı Bərdə rayonunun deputatı Zahid Oruca müraciət edib. Deputat ona köməklik edəcəyini bildirib: “Zahid müəllim Vidadi İsayevlə görüşməyimə kömək etdi. Zahid müəllimin şahidliyi ilə icra başçısına hər şeyi olduğu kimi danışdım. İcra başçısı bütün məsuliyyəti Mahmud müəllimin üzərinə atdı. Dedi, gedin onu verin məhkəməyə. Qayıdıb gəldik Bakıya. Zahid müəllim Vidadi İsayevin bacanağı olan həmin Mahmuda zəng etdi və ondan mənimlə görüşüb dərdimi dinləməyi xahiş etdi. Mahmud müəllimlə görüşdüm. O da məsuliyyəti Vidadi İsayevin üstünə atdı. O, bütün işləri Vidadi İsayevin tapşırığı ilə etdiyini bildirdi. Həmçinin dedi ki, həmin işlər üçün dövlət büdcəsindən pul ayrılsa da, Vidadi İsayev xərcləri obyekt sahiblərinin və idarə müdirlərinin üzərinə qoyub. Sonra da idarə müdirlərini işdən qovub, onların yerinə qohum-əqrabasını təyin edib. Nəticədə isə zərbə bizə dəyib”.

 

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın