Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bərdə RİH-də “Bacanaqlar” şousu: dövlət vəsaiti necə silinir?

Bərdə RİH-də “Bacanaqlar” şousu: dövlət vəsaiti necə silinir?

Əgər Vidadi İsayev “abadlaşdırma” işlərinin xərcini obyekt sahiblərinə ödətdirirsə, dövlətin ayırdığı vəsait hara gedir?

İyunun 8-də Kavkaznews.az saytında “Bərdə RİH rəhbərliyi ustaların pullarını mənimsəyib?” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə Bərdə sakini Elgiz Cəfərovun sayta şikayətindən söz açılırdı. Elgiz Cəfərov Bərdə RİH başçısı Vidadi İsayev və onun bacanağı tərəfindən aldadıldığını bildirib. “Mənim öz evim, ailəm var idi. Bərdə RİH başçısı Vidadi İsayev yeni təyin olunanda, 2011-ci ildə, rayonda quruculuq-abadlıq işlərinin başlandığını elan etdi. Mən də bir neçə rayonda bu sahədə çalışmışam və təcrübə qazanmışam. Vidadi İsayevin qəbuluna düşərək, ona gördüyümüz işlərdən danışdım və bəzi şəkilləri göstərdim. Vidadi İsayev gördüyümüz işləri bəyəndi və Mahmud müəllim adlı bir şəxsi çağırtdıraraq, məni onunla tanış etdi, mənimlə iş barədə danışmağı tapşırdı. Öyrəndim ki, Mahmud müəllim V.İsayevin yaxın qohumu, bacanağıdır. İcra hakimiyyətində rəsmi vəzifə tutmasa da, Vidadi İsayev bir çox işləri ona tapşırırdı. Mahmud müəllim mənə şəhərdə müxtəlif obyektləri və işləri danışdı, biz şərtlərdə və qiymətlərdə razılaşdıq. O, mənə bərk-bərk tapşırdı ki, işin qiyməti barədə heç kimə heç nə deməyim. Bakıdan kollektiv gətirərək, 43 nəfər usta ilə Bərdədə fəaliyyətə başladıq.

55904 (1)Hər axşam görülən işlər barədə Mahmud müəllimə məruzə edirdik. Bir aya yaxın hər şey öz qaydasında getdi, lakin sonra Bərdədə bir neçə obyekt sahibi RİH tərəfindən aparılan işlərin qiymətinə görə narazılıq etdilər. Biz işləri bitirsək də, pulun alınması ləngidi. Birinci ay pulu tam aldıq, ikinci ay isə qismən ala bildik. Sonra məlum oldu ki, böyük məbləğ RİH-in məmurları tərəfindən mənimsənilib. Mən Vidadi İsayevlə görüşmək istədim. Amma onun köməkçisi məni qovdu və tutdurmaqla hədələdi. Mən işçilərə 5900 manat borclu qaldım. Ustaların borcunu qaytarmaq üçün, Bərdədəki evimi girov qoyaraq 6 min dollar faizlə pul götürdüm, ustaların borcunu bağladım. Neçə il Bərdə RİH-ə gedirdim ,lakin Vidadi İsayevlə görüşə bilmədim, hər dəfə polis məni RİH binasından uzaqlaşırdı. Keçən il borcum 8 min dollara qədər qalxmışdı. Nəhayət, evim də əlimdən çıxdı, ailəm dağıldı, indi isə orda-burda kirayədə qal55903ıram”, – deyə E.Cəfərov bildirib. İyunn 11-də deputat Zahid Oruc da Elgiz Cəfərovu dəstəkləmiş və bununla bağlı həm Vidadi İsayevlə, həm də icra başçısının bacanağı Mahmud Quliyevlə görüşdüyünü demişdi. Xatırladaq ki, Mahmud Quliyev Qafqaznews.az –a Elgiz Cəfərovun rayondakı abadlaşdırma işlərində iştirakını təsdiqləyib.

“Rayon İcra Hakimiyyəti Elgiz Cəfərovla tam ödəşib?” – deyə soruşduq. “RİH ona pul ödəmirdi. İcra hakimiyyəti yerli müəssisələrə Bərdənin bu və digər yerlərində abadlaşdırma işləri aparmağı tapşırmışdı. Elgiz Cəfərov öz briqadası ilə bu işlərdə iştirak edirdi. Ona müəssisə rəhbərləri pul verməyiblər. Qoy onları məhkəməyə versin”, – deyə Mahmud Quliyev Qafqaznews.az-a vurğulayıb.

Başçının köməkçisi Anar Hətəmov da Mahmud Quliyevlə Vidadi İsayevin qohum olması faktını Qafqaznews.az-a təsdiqləyib. Bizdə həmçinin sual yarandı: Bərdə RİH rayondakı abadlaşdırma işlərinin xərcini ödəməyi obyekt sahiblərinə hansı əsasla tapşırıb? Görəsən, neçənci əsrdə yaşayırıq ki, dövlət vəsaiti ilə görülən işlər ayrı-ayrı sahibkarlara təhkim olunsun? Olmaya, Bərdə hələ feodalizm dövründə qalıb? İyunun 20-də Bərdə RİH-in baş memarı Rəşid Süleymanov bildirdi ki, sözügedən məsələdə ayrı-ayrı obyektlərdə görülən təmir işlərindən söz gedir: “Rayonda abadlaşdırma işlərində xərclərin hər hansı obyekt sahibinə ödətdirilməsi mümkün deyil. Bu işlər RİH tərəfindən dövlət vəsaiti ilə görülür”.

Biz sayta olaraq Rəşid Süleymanovdan da, Bərdə RİH-dəki digər rəhbər şəxslərdən də (başçının müavini İlham Məmmədov, baş mühasib Əsgər Əsayev) öyrənməyə çalışdıq ki, 2011-ci ildən bəri rayonda abadlaşdırma işlərinə nə qədər vəsait xərclənilib. Lakin sualımıza aydın cavab verən olmadı, hər kəs bizi başqa bir məmura yönləndirdi. Sonda Bərdə RİH-in maliyyə şöbəsinin müdiri Rza Əliyevdən ancaq bu il abadlaşdırma işlərinə 500 min manata qədər vəsait xərcləndiyini öyrənə bildik. Di gəl ki, Rza Əliyev də son 5 ildə təmir-abadlaşdırma işlərinə nə qədər vəsait xərcləndiyini deyə bilmədi. Təxmini rəqəm soruşduqda belə, qarşı tərəf tərəddüd içində qaldı (!).

Yəqin, oxucuya da maraqlıdır, bu şəxslər yüksək vəzifədə necə işləyirlər və necə maaş alırlar ki, xərclədikləri vəsaitin məbləğini bilmirlər? Təəssüf ki, bu suallarımız hələ cavabsız qalır. Google-da araşdırma zamanı, bir sıra maraqlı məqamlarla üzləşdik. Məsələn, 7News.az saytında dərc olunan, Bərdə ziyalılarının Prezidentə məktubundan bu çıxarış maraq doğurur:

“…Belə ki, Vidadi İsayev rayona Icra Hakimiyyətinin başçısı kimi gələndə özü ilə Tərtər rayonundan İsmayılov İskəndəri sənədlərlə iş şöbəsinə müdir, Tərtər rayonundan (Bakuş ləqəbli) Bəylərov Zauru köməkçi,(indi Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiridir), Zaurun qayınatasını komendanta nəzarətçi və qayınanasını özünə yemək bişirən, Zərdab rayonundan qaynı Bünyatov Çingizi isə özünə sürücü, Yevlax şəhərindən Fərzəliyev Əlini şəhər təsərrüfatı üzrə nümayəndə gətirmişdir. İcra Hakimiyyətinin Hüquq şöbəsinə məsləhətçi vəzifəsinə Salyan rayonundan öz bacısı oğlu Səfərov Natiqi,Sənədlərlə iş şöbəsinə məsləhətçi vəzifəsinə Yevlax şəhərindən Səttarov Mübarizi, Sənədlərlə iş şöbəsinə Şəhər İcra Nümayəndəsinin oğlu Fərzəliyev Fəridi gətirmiş, Telekommunikasiya Qovşağına müdir vəzifəsinə Yevlax şəhərindən Şirinov Nazimi, Əhalinin Sosial Müdafiəsi Mərkəzinə direktor vəzifəsinə Yevlax rayonundan Məmtiyev Raqufu, Mənzil İstismar Kontorunun müdiri vəzifəsinə Tərtər rayonundan olan Pənahov Raufu, Bərdə Su-kanal idarəsinin müdiri vəzifəsinə Goranboy rayonundan olan Zamanov Vilayəti, Bərdə Ərazi Yer Quruluşu idarəsinin rəisi vəzifəsinə Tərtər rayonundan olan Cəfərov Təbibi, Torpaq şöbəsinin müdiri vəzifəsinə Salyan rayonundan Şirinov Yaşarı, Bərdə Loqistik kübrə bazasına Yevlax rayonunda işdən qovulmuş Rüstəmov Sürəddini təyin etdirib”. Məktubda daha sonra əlavə olunur:

“Rayonda rəsmən Vidadi İsayev İcra Hakimiyyətinin başçısı olsa da, rayona özü ilə gətirdiyi bacanağı Mahmud (haradan gəldiyini bilmirik) və qaynı (həmçinin sürücüsü) Çingiz başçılıq edir. V.İsayev bacanağını rəhbər vəzifəyə təyin etməsə də ona elə müstəsna səlahiyyətlər verib ki, o bundan maksimum faydalanmış, rayonu çapıb talamış, özünə hər cür şərait yaratmış, xalqı acınacaqlı vəziyyətə gətirib çıxarıb”.13401500_1005970566135852_1510049622_n-1-300x300

Həmçinin, Mia.az-dan istinadla bu sözləri də oxumaq lazımdır: “”Vidadi İsayev bahalaşmaya qarşı yalnız bir-iki kosmetik tədbirlər keçirib, bazarda reydlər təşkil etdirib. Ancaq zonanın ən bərəkətli torpaqlarına və əlverişlli çoğrafiyasına baxmayaraq, 5 ildir rəhbərlik etdiyi Bərdədə elə bir ciddi iş görməyib. O rayon ərazisindəki bəzi küçə və parkları yenidən təmir etdirməklə, sanki öz vəzifəsini icra edib. Halbuki, bu rayonda böyük sayda iş yerləri açmaq, insanların işlə təminatında cidd imkanlar aça bilərdilər. Ancaq rayonun büdcəsinə baxanda, görürsən ki, 150 min əhalisi olan Bərdənin ayaq üstə saxlamaq üçün hər il rayona dotasiya ayrılır. Baxın, son 10 ildə “Regionların sosial-iqtisadi inkişafı” proqramları çərçivəsində Bərdəyə böyük pullar ayrılıb. Ancaq bu rayon o qədər dotasiya və imkanların qarşılığında cəmi 10.725.000 min manat gəlirə sahib olub. Rayonun xərci isə daha böyük rəqəmi əks etdirir. Nə az, nə çox, düz 29 milyon 178 min 132 manat. Aradakı kəsiri bağlamaq üçünsə Dövlət Büdcəsindən rayona düz 18 milyon 453 min 132 manat dotasiya ayrılıb. İndi siz araşdırın və Vidadi İsayevdən soruşun, rayona rəhbərlik etdiyi son 5 ildə faktiki nə qədər iş yerləri açılıb? Nə qədər insan işlə təmin edilib? Nə qədər istehsal müəssisəinin yaranmasına dəstək olublar? Bu illər ərzində rayona ayrılan dotasiyanın məbləğində nə qədər azalma olub? Və yaxud rayonun gəlirlərində artım olubmu?”. Beləliklə, biz də bilmək istərdik: Bərdə əhalisinin səbrini tükəndirən “Bacanaqlar” şousu nə vaxt sona yetəcək?

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın