Cümə , Yanvar 22 2021
Ana səhifə / Media / Bələdiyyə sədrinin Ceyranbatan əməlləri: hektarlarla torpaq…

Bələdiyyə sədrinin Ceyranbatan əməlləri: hektarlarla torpaq…

Abşeron rayonu, Ceyranbatan qəsəbəsinin sakinləri bələdiyyə sədrindən narazılıq edir. Azerinews.tv-yə müraciət edən yerli sakinlər yaşadıqları qəsəbədə bələdiyyə sədrinin özbaşınalıq və korrupsiya halına yol verdiyindən şikayətlənlənirlər.
Şikayətçilər deyib ki, Ceyranbatan bələdiyyəsinin sədri Cavanşir Zeynalov öz vəzifəsindən sui-istifadə edərək satılması qadağan olunan torpaqları hərrac yolu ilə qəsəbədə yaşayan qohumlarının adına sənətləşdirib sonra isə qəsəbədə yaşamayan imkanlı şəxslərə sataraq sərvət yığmaqla məşğuldur. Bələdiyyə sədri 53 ha torpaq ərazisin qeyri-qanunu 1500 manatdan satır. Bundan başqa Cavanşir Zeynalov ev tikmək istəyənlərdən 1000 azn, sənədsiz torpağa köhnə qərarla (yeni Ceyranbatan qəsəbəsi nəzərdə tutulur)hər sotuna 850 manat rüşvət istəyir. Amma sədr bununla da kifayətlənmir. Qəsəbə sakinləri və kiçik iş adamları iddia edir ki, sədr kiçik ticarət köşkləri, çayxana və kafe sahiblərində də hesab istəyir. O bu rüşvətin verilməsini sahibkarlara belə izah edib. “İcra başçısı hər çayxanadan 15-20 min manat yığılmasını mənim boynuma qoyub. Ona görədə bu məbləğ başçıya verilməlidir. Yoxsa işləməyəcəksiniz, bu qədər qazanmısınız bəsdi. Ya 20 manatı verin yada bütün buranı hasara aldıracam…”
Şikayətçilər deyir ki, məbləğ böyük olduğundan verə bilmədik, Bələdiyyə sədri də dediyini elədi. Ceyranbatanda vur-tut ziyalıların və qocaların asudə vaxtlarını keçirə biləcək bir park vardı onuda Cavanşir Zeynalov saldı hasara. Demək olar ki, heç bir türmədə o hündürlükdə hasar yoxdu. Nə parka, nədəki çayxanaya gedə bilməyən qocalar və ziyalılar problemin həlli üçün prezidentən kömək istəyirlər. Onların prezidentdən və hüquq-mühafizə orqanlarından tək tələbi Bələdiyyə sədrinin ümumi fəaliyyətindəki saxtakarlıqların araşdırılması və Zeynalovun qanunlara uyğun cəzalandırılmasıdı…
Onu da bildirək ki, şikayətçilər Ceyranbatanı ağuşuna alan zibilliklərdən də zara gəldiklərini deyir. Onlar bildirir ki, zibil daşnması üçün xitmət pulu yığılsada qəsəbədə bu problem həllini hələ də tapmayıb.(azerinews.tv)
Redaksiyadan: Məsələ ilə bağlı Bələdiyyə sədrini axtarsaqda onun istirahətdə olduğunu bildirdilər. Sədrin yaxınlarının dediyinə görə, Cavanşir Zeynalov ölkənin gözəl məkanlarından biri sayılan Qəbələdə istirahətdədir…

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın