Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bələdiyyə sədri tərəfindən sıxışdırılan qubalı sahibkar mətbuat konfransı keçirəcək

Bələdiyyə sədri tərəfindən sıxışdırılan qubalı sahibkar mətbuat konfransı keçirəcək

İkinci Nüqədi kəndinin bələdiyyə sədri Mübariz Qələmiyev şəhid ailəsinin sahibkarlıq fəaliyyətinə süni maneələr yaratmaqda ittiham olunur

Fevralın 16-da Quba rayonu İkinci Nüqədi kənd bələdiyyəsinin sədri Mübariz Qələmiyevdən şikayətçi olan şəhid anası Rəna Sərvican qızı Novruzova və yaxınları mətbuat konfransı keçirəcəklər.

Bu barədə Qafqazxeber.az-a danışan R.Novruzovanın oğlu Elçin Novruzov qeyd edib ki, 2008-ci ildən İkinci Nüqədi kəndində ehtiyat su anbarının yaxınlığında ərazini təmizləyərək açdıqları və yüngül taxta konstruksiyalardan ibarət olan yeməkxana kənd bələdiyyəsinin sədri Mübariz Qələmiyevin hədəfinə çevrilib. “Ona dəfələrlə müraciət etməyimizə baxmayaraq, müxtəlif bəhanələrlə xahişimizi geri çevirib və bu torpağı sənədləşdirməyin mümkün olmadığını deyib. 2014-cü ildə isə Mübariz Qələmiyev bu ərazini öz yeznəsinin adına keçirərək, bizi ordan çıxarmağa çalışır. Dəfələrlə üstümüzə polis gətizdirib”, – deyə E.Novruzov bildirdi.

Tədbirə müxtəlif KİV nümayəndələri və hüquq müdafiəçiləri, aidiyyatı qurum və tərəflərin nümayəndələri dəvətlidirlər.

Mətbuat konfransı 16 fevral, 2017-ci il tarixdə,saat 14:00-dan 15:00-a qədər “Xətai” metrostansiyasının yaxınlığında, S.Vəzirov ,11 D ünvanında ,Qafqaz Xəbər Media Mərkəzində baş tutacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın