Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Media / AzTV şəhid jurnalistin qardaşına vəzifə verdi

AzTV şəhid jurnalistin qardaşına vəzifə verdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) şəhid operator Sirac Abışovun qardaşını işə götürüb.

 Sirac Abışovun qardaşı Şirzad Səmədov AzTV-nin Kinoproqramlar və Dublyaj baş redaksiyasında rejissor vəzifəsinə təyin olunub.

Bu barədə Şirzad Səmədov özü məlumat verib:

“Dəvətinə görə televiziyanın sədri Rövşən müəllimə dərin təşəkkürümü bildirirəm. Mənə göstərdiyi etimadı doğruldacağıma və qardaşım Sirac Abışovun adına layiq olacağıma söz verirəm”.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2020-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuş, dörd nəfər isə yaralanmışdı.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Sirac Abış oğlu Abışov, Məhərrəm Əli oğlu İbrahimov və Arif Ağalar oğlu Əliyevi “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Həmçinin oxuyun

AzTV Fazil Mustafaya cavab verdi: Zəhmət çəkib gündə ən azı 1 saatını sərf edib kanala baxsın

Azərbaycan Televiziyası​ Milli Məclisin deputatı Fazil Mustafanın AzTV haqda tənqidi fikirlərinə münasibət bildirib. Məlumatda deyilir: …