Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / AzTV-nin qalmaqallı əməkdaşı işdən çıxarıldı

AzTV-nin qalmaqallı əməkdaşı işdən çıxarıldı

AzTV-nin Xəbərlər redaksiyasının əməkdaşı Vəfa Ağabalayeva işdən çıxarılıb.

Məsələni dəqiqləşdirmək üçün AzTV-nin mətbuat xidmətinin rəhbəri Nərgiz Rəfiyeva ilə əlaqə saxladıq.
Məlumatı Bakupost.az -a təsdiqləyən N. Rəfiyeva bildirib ki, V. Ağabalayeva öz ərizəsi ilə işdən çıxıb.

Qeyd edək ki, Suriyada baş verən müharibə haqqında “İllüziya” adlı sənədli filmin ssenari müəllifi və rejissoru olan Vəfa Ağabalayeva mətbuatın gündəminə həm də qalmaqallı məhkəmə çəkişməsi ilə gəlib.

O, vaxtilə tanınmış telejurnalist Nadir Şəfiyevin oğlu Yusif Şəfiyev tərəfindən şantaj edilməsilə bağlı məhkəməyə müraciət edib.

Yusif Şəfiyev barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi açılıb və o, 7 il müddətinə həbs edilib.

Əlavə edək ki, bəzi məlumatlara görə, telejurnalistin işdən çıxarılmasına şəxsi həyatı ilə bağlı qalmaqal səbəb olub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …