Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / AzTV-nin əməkdaşı ölümdən döndü – Video

AzTV-nin əməkdaşı ölümdən döndü – Video

30 ilə yaxın bir dövrdə işğal altında saxlanılan torpaqlarımızda tarixi tikililərin də aqibəti ürəkaçan deyil.

Onlar ya dağıdılıb, ya da üzərlərində ermənisayağı “düzəlişlər” edilib. Bütün bunlar azmış kimi qədim abidələrimizin ətrafı minalanıb.

Belə tarixi abidələrdən biri də Suqovuşanda yerləşən Müqəddəs Yelisey məbədidir.

AzTV-nin əməkdaşı məbəddə reportaj hazırlayarkən ölüm təhlükəsi ilə üz-üzə qalıb.

Ermənilər məbədi təkcə saxtalaşdırmağa çalışmayıblar, həm də buranı ziyarətə gələcək insanlara qarşı məkrli plan işlədiblər. Jurnalist bir az diqqətsiz olsaydı, düşmənin basdırdığı minaların qurbanına çevriləcəkdi.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …