Şənbə , Noyabr 28 2020
Ana səhifə / Media / AzTV-nin əməkdaşına vəzifə verildi

AzTV-nin əməkdaşına vəzifə verildi

AzTV-nin Aran regionu bürosunun əməkdaşı Samir Quliyevə yeni vəzifə verilib.
O “Azərişıq” ASC-nin  mətbuat xidmətinin yeni yaradılan  regional ofisinin rəhbəri təyin olub.
Xatırladaq ki, Samir Quliyev BDU-nun jurnalistika fakültəsini bitirib. Uzun illər müxtəlif mətbaut orqanlarında, eləcə də 2003-cü ildən AzTV-nin Mingəçevir, Yevlax, Göyçay, Zərab, Ucar, Ağdaş üzrə xüsusi müxbiri olub. “Qızıl Qələm” mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Mənalı ömürlər”, “Ömürdən izlər”, “Sevgi qəbri”,  “Yağış məni ağlayır”,  “Kədərinə vəfalı” adlı bədii və publisistik kitabların müəllifidir. Modern.az

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …