Cümə , Yanvar 22 2021
Ana səhifə / Media / AzTV “Facebook” üzərindən 24 saat canlı yayıma başladı

AzTV “Facebook” üzərindən 24 saat canlı yayıma başladı

Azərbaycan Dövlət Televiziyası (AzTV) informasiya texnologiyalarının geniş tətbiqinə start verib. 

Lent.az-ın xəbərinə görə, televiziya sosial media sahəsində də fəallığını artırıb. AzTV-nin İnformasiya Proqramları Studiyasının hazırladığı ayrı-ayrı eksklüziv reportajlar, verilişlər sosial şəbəkələrdə yerləşdirilir. İnternet resurslarından istifadə edilməklə televiziyanın “Əsas məsələ”, “Rakurs”, “Günün nəbzi” verilişləri, eləcə də “Nəsillərin debatı”, Muğam müsabiqəsi və digər proqramların tamaşaçı auditoriyası genişləndirilir. Bu gündən etibarən isə AzTV ilk dəfə olaraq “Facebook” üzərindən 24 saat canlı yayıma başlayıb.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …