Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / AzTV-dən deputatın ittihamına cavab

AzTV-dən deputatın ittihamına cavab

Azərbaycan Televiziyası (AzTV) öz rəsmi feysbuk səhifəsində millət vəkili Əziz Ələkbərlinin ittihamlarına cavab verib.

“AzTV-də yayımlanan veriliş əslində niyə qıcıq doğurdu?” başlıqlı açıqlamada deyilir: 

Ötən axşam (22 sentyabr) AzTV-də yayımlanan “Əsas məsələ” verilişində Milli Məclisin deputatı Anar İskəndərov, tarixçi alimlər Nəsiman Yaqublu, Şikar Qasımov və hərbi-siyasi ekspert Telman Qasımov çıxış edərək qədim Azərbaycan ərazisi Zəngəzurun toponimləri, tarixi yer adları ilə bağlı fakt və xəritələr əsasında maraqlı müzakirə ortaya qoyublar. Lakin, görünür, verilişdə deyilənlər və ən əsası, Zəngəzurun qədim tarixi Azərbaycan ərazisi olması ilə bağlı səsləndirilən faktlar kimlərinsə ürəyincə olmayıb. Əcəba niyə? Belə verilişləri “bayağı” adlandırıb əsassız tənqid etmək, AzTV-nin ünvanına təhqirlər yağdırmaq bir nəfərin, həm də hörmətli millət vəkilinin, konkret olaraq Əziz Ələkbərlinin, görəsən, niyə xoşuna gəlməyib? Araşdırdıq. Məlum oldu ki, Əziz müəllimin verilişə dəvət olunan qonaqlardan biri ilə (Telman Qasımovla) yumşaq desək, münasibəti yoxdur. Odur ki, həmin adamı ekspert kimi qəbul etməyən millət vəkili acığını AzTV-dən və verilişdən çıxmaq qərarına gəlib və “Əsas məsələ”də qaldırılan mövzunu (Zəngəzur), aparılan müzakirələri (Zəngəzurun tarixi Azərbaycan ərazisi olması reallığını) “səviyyəsiz” adlandırıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …