Ana səhifə / Media / AzTV-dəki Bədii Şura üzvləri hərəkətə keçdi – TV-lərdəki vəziyyətlə bağlı

AzTV-dəki Bədii Şura üzvləri hərəkətə keçdi – TV-lərdəki vəziyyətlə bağlı

Bu gün Azərbaycan teleməkanında olan vəziyyət hər birimizi narahat edir və etməlidir.
Oxu.Az xəbər verir ki, bunu Milli Konservatoriyasının rektoru, Xalq artisti, AzTV nəzdində yaradılan Bədii Şuranın üzvü Siyavuş Kərimi deyib.
“Sözsüz ki, biz bütün televiziyalara təsir edə bilmərik, lakin onlar üçün bir nümunəyə çevrilə bilərik. Bu işdə bizə siz tamaşaçıların köməyi və dəstəyi vacibdir”, – deyən Xalq artisti Bədii Şura üzvlərinin ölkənin ikinci böyük şəhəri Gəncəyə və bölgələrə səfərlərinin də məhz bu məqsədi daşıdığını bildirib.
“Məqsədimiz Azərbaycan televiziya məkanındakı mövcud vəziyyəti tamaşaçılarla müzakirə etmək, onların fikirlərini öyrənmək, təkliflərini dinləməkdir”, – deyə S.Kərimi əlavə edib.
Qeyd edək ki, bir müddətdir yerli televiziyaların efirində gedən nalayiq ifadələr, bayağı verilişlər tənqid olunur. Televiziya kanalları bu səbəbdən lağ obyektinə çevrilir, cəmiyyətin aqressiyası ilə üzləşir.

Həmçinin oxuyun

Əflatun Amaşov Fuad Abbasovun saxlanılmasına münasibət bildirib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada jurnalist Fuad Abbasovun saxlanılmasına münasibət bildirib.“Report” xəbər verir …