Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Aztəminatlı ailələrə şad xəbər

Aztəminatlı ailələrə şad xəbər

Aztəminatlı ailələr üçün şərait yaradılacaq, onlar işləyib pul qazana biləcəklər.

Virtualaz.org saytı xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə bu gün keçirilən kollegiya iclasında deyib.

Aktiv sosial müdafiə tədbirlərinin təşkili sahəsində qarşıda duran vəzifələrə həsr olunan iclasda aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən işlər barədə məlumat verilib.

S.Müslümov bildirib ki, dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamı aztəminatlı ailələrin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasına əsaslı təminat yaradıb. “Sərəncamın icrası ilə əlaqədar tədbirlərin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Qaydaları” hazırlanaraq nazirliyin kollegiyasının müvafiq qərarı ilə təsdiq edilib. Bu qaydalar müvafiq sahədə işlərin daha səmərəli icrasına təminat verir”, – deyə nazir məlumat verib.

S.Müslümov aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili ilə əlaqədar “Məşğulluq haqqında” qanununa əlavə və dəyişikliklərin layihəsinin də hazırlandığını diqqətə çatdırıb: “Aztəminatlı ailələrin özünüməşğulluğunun təşkili, onların dövlətin dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını formalaşdıraraq inkişaf etdirə bilmələri üçün daha əlverişli şərait yaradılması üçün bütün müvafiq işlər görüləcək”.

Bu tədbirlər vasitəsilə həmin aztəminatlı ailələrin nəinki yoxsulluq səviyyəsindən çıxarılmasının, uğurlu biznes fəaliyyəti qurmalarının da stimullaşdırılacağını bildirib. İclasda aztəminatlı ailələr üçün aktiv sosial müdafiə Tədbirdə həmçinin növbəti həftə ərzində məşğulluq orqanlarının iştirakı ilə qeyd olunan məsələlərlə bağlı ümumrespublika müşavirəsinin keçirilməsi qərara alınıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın