Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Azıərbaycanda daha 100 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Azıərbaycanda daha 100 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

 Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 6-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək. Bu barədə “Report”a Komitədən bildirilib.
Məlumata görə, yeni hərraca ümumilikdə 100 əmlak çıxarılıb. Bunun 26-sı səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir.
Kiçik dövlət müəssisəsi və obyektlərindən 14-ü altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Bunlar Bakının Nizami, Suraxanı, Sabunçu, Qaradağ, Xəzər, Binəqədi, Pirallahı rayonlarında, Gəncə, Mingəçevir, Yevlax və Sumqayıt şəhəri, habelə, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala, Balakən, Cəlilabad və digər rayonlarda yerləşir. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Hərraca çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrinin isə hamısı paytaxtda yerləşir.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiymətinə təklif olunan dövlət əmlakları Balakəndə yerləşən əmlak kompleksi və paytaxtın Nizami rayonunda yerləşən “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi” MMC-dir. Belə ki, bu əmlaklar müvafiq olaraq 1,1 mln. manat və 1,075 mln. manat ilkin satış qiyməti ilə təklif olunur. Balakəndəki əmlak kompleksinin sahəsi 89 530 kv.metr, Bakıdakı “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi” MMC-nin torpaq sahəsi isə 4 129,4 kv. metrdir.
Səhmdar cəmiyyətlərinin nəzarət səhm paketinin isə 30-45%-i özəlləşdirməyə çıxarılıb. Bunlar məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağsu Sənaye İnşaat”, “Lənkəran Mebel”, “Sabirabad Mexanikləşdirmə”, “Xəzər Avtonəqliyyat”, “Daşkəsən Aqrotexservis” kimi səhmdar cəmiyyətlər var.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın