Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “Azercell” qiymətləri artıracaq – AÇIQLAMA

“Azercell” qiymətləri artıracaq – AÇIQLAMA

Bu ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1302,9 mln. manatlıq xidmət göstərib ki, onun da 72,6%-i əhali tərəfindən istehlak olunub. 

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin gəliləri real ifadədə 3,8% artıb. Bu sahədə əldə edilmiş gəlirin 80,5%-i Azercell, Bakcell, Nar şirkətlərinin, 19,5% isə AzTelekom və BTRİB-ın payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 52,2%-i və ya 680,5 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Xatırladaq ki, “Azercell” şirkətinin rəhbəri Vahid Mürsalovun dediyinə görə, iqtisadi vəziyyət, manatın devalvasiyası və digər amillər şirkətin gəlirlərinə təsir edib və 2015-ci illə müqayisədə bu il “Azercell” şirkətinin gəlirləri azalıb: “Azercell”in bütün müasir avadanlıqları xaricdən idxal etdiyini nəzərə alsaq, bu amillər bizə daha çox təsir edib”. Buna görə, də şirkət rəhbəri qiymətlərin artımını istisna etməyib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın