Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / “Az” domeni ilə bağlı qərara dəyişiklik edildi

“Az” domeni ilə bağlı qərara dəyişiklik edildi

Nazirlər Kabineri “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2019-cu il 25 fevral tarixli 63 nömrəli Qərarında dəyişiklik edib.

Qərara aşağıdakı məzmunda 2.1.11-1-ci yarımbənd əlavə edilib:

“2.1.11-1. domen adlarının milli inzi¬batçısı – “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.”.

3.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği Azərbaycan Respub¬likasının Nəqliyyat, Rabitə və Yüksək Texno-logiyalar Nazirliyi (bundan sonra – Nazirlik) ilə razılaşdırılmaqla, Milli inzibatçı tərəfindən müəyyən edilir.”.

4.2-ci bənddə “Azərbaycan Res¬publikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə (bundan sonra – Nazirlik)” sözləri “Nazirliklə” sözü ilə əvəz edilib.

“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”na əlavənin 3-cü hissəsinin adında “Təkliflərin” sözü “Tərəflərin” sözü ilə əvəz edilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …