Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “AZƏRKİTAB”da mətbuat günü qeyd olundu – FOTO

“AZƏRKİTAB”da mətbuat günü qeyd olundu – FOTO

İyulun 21-də “AZƏRKİTAB” Kitab Təbliğatı Mərkəzində 22 iyul – Azərbaycanda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Günay Namidarın Azinforum.az-a  verdiyi məlumata görə, “AZƏRKİTAB” və İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) birgə təşkil etdiyi tədbirə 60-a yaxın Azərbaycan ictimayyətinin ziyalıları, jurrnalistlər, jurnalist təşkilatıarının rəhbərləri, dövlət qurumlarının mətbuat katibləri qatılıb.

Tədbirdə çıxış edən “AZƏRKİTAB” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Mirisrafil Sabir Həsənov elm və təhsilin inkişafında, gənc nəslin milli ruhda yetişməsində, nitq və təfəkkür formalaşmasında mütaliənin mühüm rolu olduğunu qeyd edib.

Bildirib ki, Respublikada ən böyük Kitab Mərkəzini yaratmaqda məqsədi kitaba dönmək, cəmiyyətdə kitaba marağın artırılması və insanların həyatında onun yerini və rolunu yüksəltməkdir. Mirisrafil Sabir Həsənov “AZƏRKİTAB” ın gənc istedadların üzə çıxarılması məqsədilə müsabiqələr, sərgilər keçirdiyini, eyni zamanda aztəminatli tələbələr, qaçqın və məcburi köçkünlər üçün kitab aksiyaları təşkil etdiyini də vurğuladı.

Daha sonra çıxış edən İLESAM-ın (Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi) Azərbaycan üzrə nümayəndəsi Xəyal Rza təmsil etdiyi qurum barəsində məlumat vererərək təşkilatın prioritet istiqamətlərindən danışıb. Xəyal Rza qeyd edib ki, türkdilli ölkələrdə elm, ədəbiyyat, mədəniyyət sahəsində bir neçə layihənin həyata keçirilməsi nəzərdə tutulub. Sonda mətbuat nümayəndələri diplomlarla təltif olunub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın