Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Azəristiliktəchizat” əhaliyə zülm edir – mənzillərə istilik verilmir

“Azəristiliktəchizat” əhaliyə zülm edir – mənzillərə istilik verilmir

Məlumdur ki, hər il noyabrın 15-dən etibarən qış rejiminə keçidlə əlaqədar “Azəristiliktəchizat” Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istilik təchizatı ilə təmin edir.

“Qafqazinfo” xəbər verir ki, sözügedən tarixdən üç gün keçməsinə baxmayaraq bir çox yerlərdə hələ də istilik problemi öz həllini tapmayıb. İstilik verilmiş ərazilərdə isə dünəndən etibarən qazanxanalar söndürülüb. Qurumdan bildirirlər ki, “Azəriqaz” əksər qazanxanalarda qazı kəsib. Buna səbəb isə “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” a borclu olmasıdır. Borcun məbləği o qədər böyükdür ki, qurum onu ödəmək iqtidarında olmadığını vurğulayır və yalnız cari borcları ödəyə biləcəklərini qeyd edirlər. “Azəriqaz” İB isə təbii qazın verilişində məhdudiyyət olmadığını əsas gətirərək problem olmadığını nəzərə çatdırır və borc məsələsinin onlara aidiyyatının olmadığını vurğulayır.

Göründüyü kimi, bu iki dövlət müəssisəsi arasında yaranmış problemin əziyyətini əhali çəkmək məcburiyyətində qalıb. Çünki soyuq havalarda əhali istiliksiz qalıb. Abonentlər heç bir quruma borclu olmadığı halda, problem yaşayır. Məsələnin nə vaxt həllini tapacağı isə bəlli deyil. Maraqlıdır ki, niyə noyabr 15-i tarixinə kimi borc problemi həll edilməyib? Bu tarixdən sonramı borc məsələsi yada düşüb?

“Qafqazinfo” qeyd olunan sualların aktuallığını nəzərə alaraq məsələni bir qədər də ictimailəşdirib və millət vəkillərindən də sözügedən problemə münasib öyrənib.

Millət vəkili Fazil Mustafa “Qafqazinfo” ya açıqlamasında problemdən xəbərdar olduğunu nəzərə çatdırıb: “ Bakıxanov qəsəbəsində də əhali soyuqdan əziyyət çəkir. İstiliyin olmaması insanları pis vəziyyətdə qoyub. Bu borcu dövlət qurumları öz aralarında həll etməlidir. Lazım gələsə hökumət müəyyən vəsait də ayırmalıdır, hökumətin bu istiqamətdə müəyyən siyasəti olmalıdır. Borcun olması əhalinin günahı deyil ki? Əhalini qaz və istilik pulunu ödəyirsə, o nu vermək lazımdır. İndi o körpə uşaqlar soyuqdan əziyyət çəkməlidir ki, iki qurum arasında problem var? Bu böyük bir məsuliyyətsizlikdir. Məncə, hökumət dərhal yığışaraq bu problemi həll etməlidir. Vətəndaşı soyuqdan qorumaq lazımdır. Problem dərhal həllini tapmalıdır”.

Millət vəkili Fəzail Ağamalı bildirib ki, iki qurum arasında olan münasibətlərə aydınlıq gətirilməlidir: “Ortada olan anlaşılmazlıq aradan qaldırılmalıdır. Əhali şübhəsiz ki, istiliklə təmin edilməlidir. Əhali soyuqdan dondurulmalı deyil”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın