Ana səhifə / Media / “Azərişıq”dan Bakıda işıqların söndürülməsinə – MÜNASİBƏT

“Azərişıq”dan Bakıda işıqların söndürülməsinə – MÜNASİBƏT

“Azərişıq” ASC bəzi internet saytlarında Bakının küçə və parklarında işıqlandırılmanın qənaət rejimində olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bu barədə qurumun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda deyilir:

“Son günlər bəzi internet saytlarında Bakı şəhərinin küçə, park, fasad və s. yerlərin işıqlandırılmasının qənaət rejimində olması ilə bağlı məlumatlar yer alıb, səbəbini isə “Azərişıq” ASC-dən soruşurlar. “Azərişıq” ASC bildirir ki, Bakı şəhəri və bütün regionlarda kifayət qədər elektrik enerjisi var və heç bir qənaətə ehtiyac yoxdur. Bakı şəhəri və digər ölkə şəhərlərinin küçə, park və s. işıqlandırılması müvafiq Şəhər İcra Hakimiyyətlərinin balansındadır. Xahiş edirik ki, suallarınızı Bakı Şəhər İcra Hakimiyyətlərinə ünvanlayasınız”.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın