Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Azərişıq” xəstəxananın işığını yandırdı – Baş həkimdən açıqlama

“Azərişıq” xəstəxananın işığını yandırdı – Baş həkimdən açıqlama

Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa olunub.
Bu barədə Trend-ə xəstəxananın baş həkimi Şəhrəbanu Məlikova məlumat verib.
Baş həkim bildirib ki, bu gün səhər saatlarında “Azərişıq” ASC ilə razılıq əldə edilib və binanın istifadə etdiyi elektrik enerjisinə görə yaranmış borcunun mərhələli ödənişi barədə müqavilə bağlanıb:
“Razıllaşmadan sonra Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa edilib. “Azərişıq” ASC-yə noyabr ayına qədər 31 920 manat işıq pulu ödənilib. Onun 31 min manatı dövlət büdcəsi, 920 manatı şəxsi, yəni özümüz tərəfindən ödənilib. Oktyabrda 400 manat, noyabrda 520 manat pul ödəmişik. Hazırda xəstəxananın 28 min manat borcu qalıb. Onu da mərhələli ödəyəcəyik. Razılaşdıq ki, qarşıdakı aylarda da qalan məbləğ ödəniləcək. Hazırda işıqlarımız yanır və vəziyyət normaldır”.
Xatırladaq ki, noyabrın 3-də Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi borca görə dayandırılmışdı. Həmin vaxtdan etibarən xəstəxanaya xüsusi generatorlarla işıq verilirdi.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın