Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Azəriqaz” fırıldaqçılıqda ittiham olunur? – VİDEO

“Azəriqaz” fırıldaqçılıqda ittiham olunur? – VİDEO

Bakının Nəsimi rayonu, Sübhi Salayev küçəsi sakini  musavat.com saytının “WhatsApp” xəbər xəttinə müraciət edib. Müraciətin motivi Azəriqaz İstehsalat Birliyinin (AİB) əhalini necə aldatması ilə bağlıdır. Oxucumuz səhər saatlarından etibarən qazın kəsildiyini, 2 saat öncə isə idarədən guya qazın verilməsi ilə bağlı xəbər gəldiyini bildirdi. Verilən xəbərə baxmayaraq, sakinlər qaz yerinə hava verildiyinin şahidi olublar və bu, 2 saat davam edib. 
Oxucu bunu vizual şəkildə sübut edib. O, qaz plitəsini qoşub, kibritlə tutuşdursa da, cihazdan qaz yerinə hava axını çıxıb və təbii ki, qaz yanmayıb. Oxucu deyir ki, buna baxmayaraq, qaz sayğacı çalışır və əhali qaz yerinə quruca havanın pulunu ödəmək zorunda qalırlar. Bunun son 2 saatda böyük miqdarda vəsait demək olduğunu xatırladan oxucumuz idarəni əhalinin cibinə girməkdə suçlayır.
Xatırlatma: Dünyada müasir xəbərləşmə prosesinin ayrılmaz parçasına çevrilən vatsapla xəbərləşmə bundan sonra bizim iş prosesimizdə də yer alacaq. Oxucular xəbər, hadisə dəyərində olan foto-video çəkilişləri +99455 940 80 80 nömrəsinin vatsap xəttinə göndərərək, onların saytda işıqlandırılmasını təmin edə bilərlər.
 
Gözünüzün gördüyü ilginc olaylar, xəbər dəyərindəki ən müxtəlif hadisələri çəkib, yazıb, eləcə də səsli mesaj şəklində musavat.com saytına göndərməniz mümkündür. Yollanacaq mesajlar üçün ölkə və zaman məhdudiyyəti qoyulmur – dünyanın bütün nöqtələrindən musavat.com saytını izləyən oxucular xəbər əhəmiyyətli hadisələri istədiyi saatda bizimlə paylaşa, xəbərləşmə prosesinin bir hissəsinə çevrilə bilərlər. 
Qaz

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın