Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Azərbaycanlılar qiyamdan sonra Türkiyədə ev almırlar

Azərbaycanlılar qiyamdan sonra Türkiyədə ev almırlar

Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb.

Bu barədə Türkiyənin Statistika Komitəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 2016-ci ilin avqust ayında xarici vətəndaşlara satılan daşınmaz əmlakın sayında azalma müşahidə edilib. Belə ki, cari ilin avqustunda ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədə xarici vətəndaşlara satılan evlərin sayı 26 faiz azalaraq 1512 olub.

2016-ci ilin yanvar-avuqst aylarında azərbaycanlılar Türkiyədə 428 ev alıb. Ötən ilin eyni dövründə bu rəqəm 512 olub. Təkcə avqust ayında azərbaycanlılar türkiyədə 53 ev alıb. Beləliklə, Azərbaycan Türkiyədə ev alan əcnəbi ölkə vətəndaşları içərisində 7-ci yerdədir.

Türkiyədə ən çox ev alan xaricilər iraqlılardır. Sonrakı sıralarda Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan vətəndaşları gəlir.

Məlumata görə, xarici ölkə vətəndaşları 15 iyul dövlət çevrilişinə cəhd hadisəsindən sonra Türkiyədə ev almağa maraq göstərmirlər. Azərbaycanlılar da daxil olmaqla imkanı olan əcnəbilər ev almaq üçün artıq Avropa ölkələrinə üz tuturlar. AzVision.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın